"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Şeyx “ehsan qadağası”na qarşı

16 Sentyabr 2014 - 10:21
in DÜNYA
FacebookVatsap

QMİ sədri ilə yeni dövlət müşaviri arasında narazılıq yaranıb; Kamal Abdullanın təklif etdiyi “ehsan img1635545tənzimləmələri” bütün Qafqazın Şeyxini qəzəbləndirib; Dini Komitə sədrinin mövqeyini yumşaltmasının səbəbi üzə çıxır; ölkənin baş ruhanisi yas mərasimləri ilə bağlı yeni qaydalardan niyə hələ də danışmır…

Bunu da oxuyun

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

Avqustun sonlarından başlayaraq, hökumətin ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub. Redaksiyamıza verilən məlumata görə, Şeyx onun sahəsinə nüfuz edilməsindən çox qəzəblənib. Bu günə qədər ölkənin baş ruhanisi kimi Şeyxin ehsan qadağası mövzusuna münasibət bildirməməsi hökumətə narazılığın ifadəsi kimi izah edilir…
Bizə çatan bilgiyə görə, ehsan qadağası, daha doğrusu, bu sahədə islahat təşəbbüsü millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın təşəbbüsüdür. Bu vəzifəyə təyinatından sonra dövlət rəhbərliyindən ciddi dəstək alan keçmiş rektor təhsil, elm və dini-mənəvi sahələrdə maarifçilik fəaliyyəti kimi geniş bir sahədə əsas söz sahibi kimi təqdim olunub.
Məhz K.Abdulla yas məclislərinin təvazökar, israfçılıqdan kənar keçirilməsi, eləcə də bahalı qəbir daşlarının qadağan olunması təklifləri ilə çıxış edib. Onun bu təklifi müsbət qəbul olunub və tətbiq olunmağa başlayıb. Xatırladaq ki, yeni qaydalara əsasən, yas mərasimlərində ehsan süfrələrinin açılması qadağandır. Belə ki, yerli icra strukturlarına, onlar da öz növbəsində mollalara, bələdiyyə və polis orqanlarına tapşırıq verilib ki, yas mərasimlərində yalnız çay, xurma və halva verilə bilər.
Qadağaya əməl etməyənlər cəzalandırılır. Bəzi rayon və şəhərlərdə icra hakimiyyətlərinin başçıları qadağanı pozanlara cərimələr müəyyən edib. Bundan başqa, qadağaya məhəl qoymayıb ehsan süfrəsi təşkil edənlərin hətta yeməkləri belə müsadirə olunur.
Hökumətin bu qadağası cəmiyyətdə müsbət qarşılanıb.  Əksər insanlar bahalı ehsan süfrəsi adətinin ləğv olunmasını dəstəkləyir, nəhayət ki, israfçılığa, yas sahiblərinin əlavə xərc və əziyyətə düşməsinə son qoyulmasını müsbət qarşılayır.
Maraqlıdır ki, ölkənin yarımrəsmi dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi də əvvəlcə bu qərarı alqışladı. İdarədən bildirdilər ki, bu barədə QMİ-nin hələ 3 il əvvəl cəmiyyətə müraciəti və yas mərasimlərinin təvazökar, israfçılıq olmadan keçirilməsi ilə bağlı tövsiyələri var. Ancaq eyni zamanda QMİ bu qadağanın məcburi deyil, könüllü olmasının, insanların bunu öz istəklərinə görə etməsinin daha münasib olduğunu bildirdi. Qurumun təmsilçiləri dəfələrlə qeyd ediblər ki, bu məsələdə məcburetmənin əleyhinədirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu məsələdə məcburi qadağanın tərəfdarı kimi çıxış etdi.
Belə ki, qadağa barədə mətbuatda məlumatlar getdikdən sonra komitə sədri Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalı, israfçılığa yol verilməməlidir: “Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir”.
Bu qadağalar getdikcə cəmiyyətdə də müsbət qarşılandıqda isə QMİ növbəti dəfə açıqlama yayaraq məcburi ehsan qadağasına qarşı çıxdığını bəyan etdi. Bundan sonra Dini Komitənin sədri  M.Qurbanlı da növbəti açıqlamasında bir qədər yumşaq mövqe sərgiləyərək yas mərasimləri ilə bağlı qadağa deyil, ancaq tövsiyə ola biləcəyini dedi. Sitat: “Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına biz ehtiyac görmürük”.
Qaynağımızın məlumatına görə, məhz ehsan qadağası QMİ ilə, daha dəqiqi şeyxlə hökumət qurumlarının arasını “vurub”. Dövlət orqanlarının birbaşa onun cavabdeh olduğu, daha doğrusu, nəzarəti altında olan sahəyə müdaxilə edərək onun başı üzərindən qərar verməsi şeyxi qəzəbləndirib. Bu səbəbdən də şeyxülislam nəinki bu qərarı açıq şəkildə dəstəkləməyib, əksinə, QMİ-nin binasında yerləşən ehsan zallarında yeməkli ehsan məclislərini davam etdirməklə, açıq şəkildə narazılığını ortaya qoyub. Onun dövlətdə siyasi qərarlar verən iki nəfərə şəxsən telefon açdığı, onun iradəsi olmadan bu cür addımın atılmasından şikayətləndiyi və digər müvafiq qurumlara da öz etirazını bildirdiyi də gələn xəbərlər sırasındadır.
Bizi bu mövzuda bilgiləndirən mənbənin iddiasına görə, şeyx məhz ehsan qadağası ilə bağlı DQİDK sədri Mübariz Qurbanlı ilə də danışıb və komitə sədrinə sərt şəkildə etirazını bildirib. Mənbənin onu da bildirib ki, şeyx M.Qurbanlıya bu kimi mövzularda onun da rəyinin alınmasının gərəkli olduğunu xatırladıb və açıq şəkildə bu qadağanın işləməsinə razı olmayacağını bildirib.
Dini Komitə sədrinin öz mövqeyini sonradan yumşaltması onun şeyxlə üz-üzə gəlməkdən yayınması kimi yozulur. Uzun illər hakimiyyət daxilində siyasi təcrübə toplamış  M.Qurbanlı bu sahədə şeyxlə toqquşmanın ondan əvvəlki komitə rəhbərlərinə baha başa gəldiyini bildiyi üçün mövqeyində korrektə etməyə məcbur olub. Daha dəqiqi, şeyxlə toqquşmaya getmək istəməyib. Bu səbəbdən M.Qurbanlı sonrakı günlərdə mövqeyində müəyyən qədər yumşalma edərək ehsan məclislərinin məcburi deyil, könüllü olaraq tənzimlənməsinə tərəfdar olduğunu deyib.
Yeri gəlmişkən, bu hadisədən sonra şeyxin Kamal Abdulla ilə münasibətlərində də soyuduq yaranıb. K.Abdullanın son günlər tədbirlərdə az-az görünməsi, dini tədbirlərə isə ara-sıra qatılması da deyilənləri təsdiqləyir. Yeri gəlmişkən, qeyd edək ki, şeyxülislam bir qayda olaraq onun sahəsinə müdaxilə edən dövlət məmurlarını bağışlamır. Son illərin təcrübəsi onu da göstərir ki, şeyxlə toqquşma bir qayda olaraq qarşı tərəf üçün baha başa gəlir.
Bəs bu dəfə? Mövzuya qayıdacağlıq…
Previous Post

“Mosul İŞİD-in paytaxtı oldu”

Next Post

Müsavat Əmircana “hə” deyə bilər

Bənzər yazılar

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

24 Sentyabr 2026 - 16:00

Avropa İttifaqı (Aİ) Şurası "Ukraine Facility" proqramı çərçivəsində Ukraynaya təxminən üç milyard avro dəyərində növbəti tranşın ayrılmasını təsdiqləyib. Elchi.az xəbər...

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

24 Sentyabr 2026 - 14:00

"Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə edilən 8 milyard avro məbləğində vəsaiti Ukraynaya köçürməsi oğurluq deməkdir". Elchi.az xəbər verir...

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

24 Sentyabr 2026 - 13:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenskiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinin zəruriliyini bildirib və ticarət...

Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ Qaziantep, Şanlıurfa,...

Next Post

Müsavat Əmircana "hə" deyə bilər

Müsavat Əmircana "hə" deyə bilər

Son xəbərlər

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

24 Sentyabr 2026 - 16:00
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

24 Sentyabr 2026 - 15:51
Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24 Sentyabr 2026 - 15:42
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:30
“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

24 Sentyabr 2026 - 15:18
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24 Sentyabr 2026 - 15:16
Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:08
Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00
Beynəlxalq münasibətlər sisteminin diaqnozu

Beynəlxalq münasibətlər sisteminin diaqnozu

24 Sentyabr 2026 - 14:47
Millimiz Avropa çempionatında rekorda imza atdı

Millimiz Avropa çempionatında rekorda imza atdı

24 Sentyabr 2026 - 14:30
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

24 Sentyabr 2026 - 14:14
Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

24 Sentyabr 2026 - 14:07
Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

24 Sentyabr 2026 - 14:00
Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

24 Sentyabr 2026 - 13:48
Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

24 Sentyabr 2026 - 13:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.