İki ay ərzində Rusiya pilotsuz təyyarələrə qarşı yeni nəsil radioelektron döyüş sistemlərinin seriyalı istehsalına başlayacaq.
Elchi.az “RİA Novosti”-yə istinadən bildirir ki, bu barədə “Rostex” dövlət korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
“1-2 ay ərzində dövlət sınaqlarının başa çatdırılması və pilotsuz uçuş əleyhinə sistemlərin seriyalı istehsalına başlanması planlaşdırılır”, – məlumatda deyilir.
Dövlət korporasiyası qeyd edib ki, “Rostex” müəssisələri silah, hərbi və xüsusi texnika istehsalının sürətini və həcmini artırır. Söhbət hücum və nəqliyyat helikopterlərindən, yeni və modernləşdirilmiş qırıcılardan, bombardmançı təyyarələrdən, strateji raketdaşıyıcılardan, nəqliyyat və təlim döyüş təyyarələrindən gedir.
Yeganə