“Rosneft” iflasa uğramayacaq

🗓 22.12.2014 11:51 ✍️ "Elçi" qəzeti
“Rosneft” iflasa uğramayacaq
Neftin qiymətinin düşməsi üzündən “Rosneft” iflasa uğramayacaq.1419233643   Axar.az RİA Novosti-yə istinadla bildirir ki, Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviçin sözlərinə görə, dövlət şirkətin investisiya layihələrinə maliyyə dəstəyi məsələsini müzakirə edir.   “Hətta neftin qiymətinin aşağı olduğu hallarda belə “Rosneft”in hasilatı və satışı çox böyük həcmdə olur. Neqativ hal yalnız investisiya proqramının kiçik həcmi ilə bağlıdır, maliyyə problemləri ilə deyil. Sadəcə olaraq, əlverişli vəziyyətlərdəki kimi yüksək hasilat olmayacaq, ancaq bunda qorxulu heç nə yoxdur”, - Dvorkobiç “Vedomosti” qəzetinə verdiyi intervüdə açıqlayıb.   Baş nazirin müavini əlavə edib ki, əgər şirkətin maliyyə imkanları layihələri gerçəkləşdirməyə imkan verməzsə, bir qədər ləngimələr ola bilər, ancaq bunda heç bir fəlakət yoxdur.  

Bənzər yazılar