“Rosneft”: Gələn il neftin qiyməti 60 dollardan aşağı düşə bilər

Gələn ilin birinci yarısında neftin 1 barelinin qiyməti 60 dollardan aşağı düşə bilər.
“APA-Economics”in məlumatına görə, bunu Rusiyanın “Rosneft” şirkətinin prezidenti İqor Seçin Almaniyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.
“Neftin qiyməti 60 dollara və daha aşağı səviyyəyə enə bilər. Lakin bu gələn ilin birinci yarısında baş verə bilər”, - deyə İ. Seçin qeyd edib.
Bununla belə, şirkət rəhbəri qeyd edib ki, neftin 1 barelinə görə 60 dolların təklif edilməsi “Rosneft”i qane edir.