Elchi.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, ölkə artıq faktiki olaraq NATO üzvü olub və yaxın gələcəkdə rəsmi üzvlüyünü gözləyir. Bu barədə BBC yazır.
“Bir ölkə kimi Ukrayna və Ukrayna Silahlı Qüvvələri NATO-ya üzv olub. De-fakto, lakin de-yure deyil. Bizdə [NATO ölkələrinin] silahları və onlardan necə istifadə etmək barədə anlayışımız var”, – Reznikov bildirib.
Reznikov Ukraynanın yaxın gələcəkdə NATO-nun de-yure üzvü olacağına əminliyini ifadə edib.
O, həmçinin Qərb müttəfiqlərindən tanklar, hərbi texnika və raketlər alacağına ümid etdiyini bildirib.
24 fevral 2022-ci ildə Rusiya Federasiyası Ordusu Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev Ukrayna Silahlı Qüvvələrinin Artemivsk və Maryinka yaxınlığında böyük itkilər verdiyini bildirib.
Fransalı Avropa Parlamentinin deputatı Thierry Mariani Ukrayna prezidenti Vladimir Zelenskinin tələblərinə əl atmağın təhlükələrindən danışıb. Deputatın sözlərinə görə, əgər siz Ukrayna prezidentinin xahişlərinə kor-koranə əməl etsəniz, Avropa İttifaqı iqtisadi çöküşlə üzləşəcək.
Şayəstə