ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına 25 mindən çox qidaya bərabər humanitar yardım göndərdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, CENTCOM-un X sosial media platformasında edilən açıqlamada, bildirilib ki, Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq məqsədilə dünən yerli vaxtla saat 12.15-də bölgənin şimalına “C-130” tipli hərbi təyyarələrlə havadan humanitar yardımların atılması əməliyyatı həyata keçirilib.
Açıqlamada əməliyyat zamanı 25 mindən çox yeməyə uyğun gələn qidanın havadan atıldığı və bu çərçivədə ABŞ-ın indiyədək 1082 ton humanitar yardım etdiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ havadan humanitar yardım göstərməyə davam edəcək.
CENTCOM aprelin 24-də Qəzzanın şimalına təxminən 30,016 yeməyə bərabər olan humanitar yardımı havadan buraxdıqlarını açıqlayıb.
Şayəstə Hüseynova