N-TV: NATO baş katibi vəzifəsinə namizəd Rutte Ərdoğanın dəstəyini almaq istəyir.
Elchi.az xəbər verir ki, NATO-nun baş katibi postuna əsas namizəd, Hollandiyanın hazırkı baş naziri Mark Rutte ölkəyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəmək niyyətindədir. Bu barədə N-TV yazır.
Mətndən belə məlum olur ki, Rutte martın 31-də Ərdoğanla telefon danışığı aparıb və o, Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyi xahiş edib. İndi o, bu məsələni şəxsən Türkiyə prezidenti ilə müzakirə etməyə hazırlaşır.
Aprelin 3-də Hollandiya Yayım Korporasiyası (NOS) mənbələrə istinadən xəbər verib ki, Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyi alyansa üzv olan 32 ölkədən 28-i tərəfindən dəstəklənib. Bəzi NATO rəsmilərinin fikrincə, Rumıniya prezidenti Klaus İohannis Şərqi Avropa ölkələrindən yeganə namizəd olduğundan namizədliyini geri götürsə, Rutteni dəstəkləmək Macarıstan və Slovakiya üçün daha asan olardı.
Şayəstə Hüseynova