Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynadakı münaqişəyə Vaşinqton səbəb olub. O, qeyd edib ki, hazırda Amerika Birləşmiş Ştatları bu münaqişəni qəsdən uzadır.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Şoyqunun fikrincə, bu, Qərb ölkələrinin istənilən vasitə ilə qlobal hökmranlığını saxlamaq və bütün ölkələrə öz diktəsini tətbiq etmək istəyini açıq şəkildə göstərir.
“Amerika əvvəlcə Ukrayna münaqişəsini yaratdı, sonra məqsədyönlü şəkildə uzatmağa başladı”, – deyə Şoyqu qeyd edib.
Rusiyanın müdafiə naziri əlavə edib ki, Rusiya tərəfi ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşü zamanı mövcud beynəlxalq vəziyyətlə bağlı səsləndirilən qiymətləndirmələri bölüşür.
Yeganə