Aİ ölkələri yenidən Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, Polşa və bir sıra digər Avropa ölkələrinin hələ də etirazları qalır.
“Ölkələr çərşənbə günü danışıqlarda razılaşmaya yaxınlaşdılar, lakin Polşa və bəzi digər ölkələrin hələ də etirazları var” deyən AB diplomatlarından biri Reuters agentliyinə bildirib və əlavə edib ki, yeni layihənin cümə axşamı axşam yayılacağı gözlənilir.
Moskvaya qarşı yeni sanksiyalar, hətta gübrə şirkətləri qara siyahıya salınmış oliqarxlara məxsus olsa belə, Aİ-nin Rusiya gübrəsinin Avropa limanları vasitəsilə ixracını asanlaşdırıb-aparmaması ilə bağlı fikir ayrılıqlarına görə təxirə salınıb.
Bəziləri Aİ məhdudiyyətlərinin inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyinə təhdid yaratdığını deyir, digərləri isə onların yumşaldılmasının gübrə biznesinə sahib olan rus oliqarxlarına Aİ-nin onlara qarşı sanksiyalarından yayınmağa imkan verəcəyini iddia edir.
Şayəstə