Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı döyülməsindən beş gün qabaq Xəzər televiziyasının efirində qonaq olub.
Axar.az xəbər verir ki, Ülkər İsayeva Xəzər TV-də səhər saatlarında canlı yayımlanan “Hər şey daxil” proqramında çıxış edib. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı olan Ülkər çıxışında qeyd edib ki, qadın və kişi psixologiyasında böyük fərqlər yoxdur. Onun sözlərinə görə, bioloji və cəmiyyət tərəfindən yaranan fərqlər var:
“Məsələn, valideyn deyir ki, sən kişisən, ağlamamalısan. Yəni oğlan uşağına belə təzyiqlər olur. Ona görə də böyüyəndə kişilər emosional olmayanda biz qadınlar hirslənirik ki, niyə reaksiya vermirsən? Kişilərdə beyinin sol yarımkürəsi, qadınlarda isə sağ inkişaf edir. Kişilərdə məntiq çox inkişaf edib. Qadınlar isə ağlamaq, sevgi, göz yaşını daha çox göstərə bilir”.
Ü.İsayeva deyib ki, qadın kişinin sevgisinə inanmırsa, keçmişdəki şübhələrdən qaynaqlanır:
“Elə insan var ki, keçmişdə pis hadisə yaşayanda, həyatı boyunca unutmur, ailədə, uşaqların yanında büruzə verir. Ancaq eləsi var ki, normal həyata qayıda bilir. Qarşı tərəfə məsləhətim budur ki, tələb etmək, üstünə çox getmək lazım deyil. Onun belə olduğunu qəbul etmək lazımdır. Sevgini sözlərdə yox, əməldə axtarmaq lazımdır. İnsan münasibətlərdə bədbəxt olduğunu hiss edirsə, bunu davam etməli deyil”.
Xatırladaq ki, efirdə yayımlanan bu verilişdən 5 gün sonra – martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində Ülkər əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin vəfatı ilə bağlı başsağlığı verib. Elchi.az...
Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb....
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Elchi.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab...
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları Süd Yolunun qonşuluğunda yerləşən Kainatın ən qədim üç ulduzunu aşkar ediblər. Elchi.az xəbər verir ki, bu...