NATO-nun keçmiş baş katibi alyansın qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü yüksək qiymətləndirib.
Elchi.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynaya kömək üçün alyans qoşunlarının göndərilməsinin mümkünlüyünü etiraf edib.
Rasmussenin sözlərinə görə, əgər alyansa üzv dövlətlər, o cümlədən ABŞ Vilnüs sammitində Kiyevə “real təhlükəsizlik zəmanəti” verməsələr, NATO ölkələri Ukraynaya qoşun göndərmək istəyə bilər .
Keçmiş baş katib onu da vurğulayıb ki, Kiyev “Vilnüsdə heç nə əldə etməsə”, Baltikyanı ölkələr və Polşa yardım üçün Ukraynaya qoşun göndərmək üçün “istəklilər koalisiyası” yarada bilərlər.
Nuranə Məmmədova





















Son şərhlər