Siyasətçi diqqəti Çinə yönəltməyə çağırıb.
Elchi.az xəbər verir ki, Vaşinqton Kiyevi Moskvaya ciddi güzəştə getməyə məcbur etməlidir ki, münaqişəni Pekinə yönəltməklə sona çatdırsın. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami ABC News telekanalında belə bir bəyanatla çıxış edib.
“Düşünürəm ki, biz Ukraynada sülh yolu ilə hərbi əməliyyatlara son qoymalıyıq ki, bu da Rusiyaya ciddi güzəştə getməli olacaq”, – ABŞ prezidentliyinə namizəd bildirib.
Ramasvami Pekini Vaşinqton üçün əsas təhlükə adlandırıb və qeyd edib ki, Çin tərəfi ilə üzləşmək üçün ABŞ Ukrayna münaqişəsinə tez son qoymalıdır. O, həmçinin ABŞ-ı Ukraynanı NATO-dan kənarda saxlamaq öhdəliyini götürməyə çağırıb.
“Çin Tayvana gedəcəyinə mərc edir, iki nüvə fövqəldövləti ilə eyni vaxtda münaqişədə olmaq ABŞ-ın maraqlarına uyğun deyil”, – siyasətçi əlavə edib.
Şayəstə Hüseynova