"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qərbin Gürcüstanla bağlı böyük planı

04 Fevral 2017 - 10:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qərbin Gürcüstanla bağlı böyük planıRusiya Cənubi Qafqazın digər ölkələrinə “pis nümunə” olacaq Gürcüstandan heyf çıxa bilər

 
Avropa Parlamentinin fevralın 2-də keçirilən plenar iclası Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar qəbul edib. Beləliklə, Avropa İttifaqının Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaqlar. 
Şengen zonası Böyük Britaniya və İrlandiya istisna olmaqla, bütün Avropa İttifaqına üzv ölkələr, eləcə də İttifaqa daxil olmayan İsveçrə, Norveç, İslandiya və Lixtenşteyni əhatə edir.
Gürcüstana Avropa İttifaqının viza rejimini ləğv etməsi Qərbin bu ölkə ilə bağlı böyük planının tərkib hissəsi sayıla bilərmi? Gürcüstana Qara dənizə çıxışı olan Qafqaz ölkəsi olduğu üçünmü bu qədər önəm verilir? Gürcüstanın Qərbə inteqrasiyası istiqamətində qarşıda daha hansı ciddi addımlar atıla bilər?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Avropa İttifaqının Gürcüstana tətbiq etdiyi vizanı ortadan qaldırması qonşu ölkənin köhnə qitəyə inteqrasiya olunmasında ilk və ciddi addımdır. Doğrudur, vizanın ortadan qaldırılması yaxın müddətdə Gürcüstanın Avropa İttifaqına üzvlüyünü sürətləndirməyəcək. Çünki Avropa İttifaqı ölkələrinin əksəriyyəti qurumun genişlənməsinin əleyhinədir. Buna baxmayaraq, vəziyyət anidən dəyişə də bilər: “Baltik ölkələri də keçmiş SSRİ respublikaları idi. Avropa İttifaqı qapılarını Baltik ölkələrinə açdısa, Gürcüstanı niyə uzun müddət qapıda gözlətsin ki? Həm də Avropa İttifaqı artıq qapılarından birini Gürcüstanın üçünə açdı. Növbədə başqa addımlar gələcək. Gürcüstan hakimiyyəti də çalışacaq ki, Avropa İttifaqı ilə məsafəni qısaltmaq üçün Brüsselin başqa şərtlərini sürətlə həyata keçirtsin”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının Gürcüstana tətbiq etdiyi vizanı ortadan qaldırması Cənubi Qafqazın digər iki ölkəsinə də ciddi mesajdır ki, Brüssellə saziş imzalayarlarsa və sənəddəki müddəaları yerinə yetirərlərsə, həmin dövlətlərə qarşı tətbiq olunan vizanın ortadan qaldırılması reallaşa bilər: “Bu mənada Gürcüstan həm Ermənistan, həm də Azərbaycandan irəli çıxdı. Nə İrəvan, nə də Bakı Brüssellə assosiativ saziş imzalayıb. Son illər gürcü ekspertlərlə görüşlərdə onlar mütəmadi olaraq belə fikir səsləndirirdilər ki, Gürcüstan artıq Cənubi Qafqaz ölkəsi kimi deyil, Qaradəniz sahili ölkəsi kimi qəbul olunmalıdır. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, gürcülər özlərini Qara dəniz hövzəsi ölkəsi adlandırmaqla Gürcüstanı Avropanın tərkib hissəsi kimi sayırlar. İkinci səbəb isə odur ki, Gürcüstan özünü Avropa İttifaqından məsafə saxlayan Ermənistan və Azərbaycandan ayırmaq istəyir”.
Buna baxmayaraq E.Şahinoğlu hesab edir ki, Azərbaycanın da şansı var ki, yaxın illərdə Avropa İttifaqı ilə məsafəni qısaltsın: “Məsələ burasındadır ki, bu həftə Azərbaycana Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyəti səfər etmişdi. Avropalı rəsmi prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Bu görüşlər zamanı Azərbaycan və Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın ”Şərq Tərəfdaşlığı” proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparıldı. Hazırda ən vacib məsələ Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişin hazırlanmasıdır. Hər iki tərəfdən nümayəndə heyətləri formalaşıb və yaxın müddətdə danışıqlar başlanacaq. Bu sənəd imzalansa və tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr, Avropa İttifaqı Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldıra bilər. Ancaq bunun üçün Azərbaycan hələ uzun yol keçməlidir. Hələliksə Azərbaycan vətəndaşlarının gürcülərə yaxşı mənada paxıllıqları tutacaq. Gürcülər maneəsiz Avropa ölkələrinə səfərlər edəcək, müqavilələrə bağlayacaq, təhsil alacaqlar, Azərbaycan vətəndaşları isə əvvəlkitək alçaldıcı şəraitdə Avropaya getmək üçün səfirliklərin quyruqlarında dayanacaq, müxtəlif sənədlər hazırlamaq məcburiyyətində qalacaqlar”.
Bəs bir cənubi Qafqaz ölkəsinə Avropa İttifaqının viza rejimini ləğv etməsi, Gürcüstanın Qərbə bu qədər yaxınlaşması Rusiyanı qəzəbləndirə bilərmi?
E.Şahinoğlu qeyd etdi ki, Avropa İttifaqı ilə Gürcüstanın yaxınlaşması şübhəsiz Rusiya hakimiyyətini narahat edəcək. Çünki, digər ölkələr də Gürcüstan kimi Avropa İttifaqı ilə yaxınlığa can atacaqlar: “Məsələn, bu mövzuda Ermənistan və Azərbaycanda diskussiyalar genişlənəcək. Ermənistan və Azərbaycan vətəndaşları Rusiyaya maneəsiz gedib-gələ bilirlər. Rusiyadan daha çox inkişaf etmiş Avropaya isə sərbəst gediş-gəliş imkanları yoxdur. 3 il öncə Ukrayna vətəndaşları Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi ilə meydanlara çıxdı və hakimiyyəti devirdilər. Buna cavab olaraq da Rusiya Ukraynanı parçaladı. İndi də Rusiya əlindən gələni edəcək ki, Gürcüstanı cəzalandırsın. Onsuz da Rusiya Abxaziya və Cənubi Osetiyanı ilhaq etməklə Gürcüstanı parçalayıb. İndi isə çalışacaq ki, Gürcüstan mallarının Rusiyaya daxil olmasını məhdudlaşdırsın”.
Previous Post

Qərbin Gürcüstanla bağlı böyük planı

Next Post

Putinin sensasion Qarabağ planı – Zahid Oruc

Bənzər yazılar

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25

Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Elchi.az - a...

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər...

Next Post

Putinin sensasion Qarabağ planı – Zahid Oruc

`İran terrorizmin əsas sponsorudur` - ABŞ-ın müdafiə naziri

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.