Bizi çətin rəqiblə maraqlı oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Hamını sevindirməyə çalışacağıq.
Bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Sent-Etyen” kollektivinə qarşı oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Qurban Qurbanov bildirib ki, bizim avrokuboklar təcrübəmiz var. Amma qrup mərhələsində heç vaxt oynamamışıq. Burada hər şey fərqlidir. “Sent-Etyen” indi daha yaxşı oyun nümayiş etdirir. Onların Fransa çempionatındakı son oyunlarına baxmışam. Rəqib haqda kifayət qədər məlumatımız var. Rəqib standart vəziyyətlərdə çox güclüdür, buna görə də çalışmalıyıq ki, bu vəziyyətlərdən çox istifadə etməsin.
Qeyd edək ki, oyun sentyabrın 18-də keçiriləcək.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq...



















Son şərhlər