Danimarka və İsveçin İrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalara görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
“Xarici İşlər Nazirliyi İsveç və Danimarka səfirlərini çağırıb, onlar bu ölkələrdə davam edən Qurani-Kərimi təhqir edən aksiyalara etiraz ediblər”, – İran agentliyi xəbər verir.
Xəbərdə həmçinin qeyd olunur ki, İran Xarici İşlər Nazirliyinin insan haqları şöbəsinin müdir müavini müqəddəs müsəlman kitabının təhqir olunması ilə bağlı silsilə hadisələrdə bu Avropa ölkələrinin hökumətlərini günahlandırıb.
Havar Şəfiyeva