"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Mollalar tərəfindən düşüncəsiz qərarlar qəbul edilərsə…”

25 Oktyabr 2022 - 12:15
in MANŞET
FacebookVatsap

“Bu, İran dövlətinin dünyanın siyasi xəritəsindən silinməsi ilə nəticələnəcək”

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edir

  • Qüdrət bəy, İranın Azərbaycanla sərhəd bölgəsində keçirdiyi son təlimlər barədə fikirlərinizi bilmək istərdik. İran XİN bəyan etdi ki, təlimlərdən hər kəs bizim göndərdiyimiz mesajları aldı. Sizcə bizə hansı mesajlar verildi?
  • İran Qafanda konsulluq açmaqla və son təlimlərlə növbəti dəfə bizə dedi ki, özünüzü aldatmayın, biz Ermənistanın dostu, sizin isə düşməniniz olaraq qalacağıq. İslam həmrəyliyi, yaxın qonşuluq siyasəti, beynəlxalq hüquq, haqq-ədalət, İran vətəndaşları olan Azərbaycan türklərinin milli qürurlarına sayğı və s. bu kimi dəyərlər barədə də boş-boşuna danışıb özünüzü də, bizi də yormayın. Nəhayət ki, ciddi nəticələr çıxarmağımıza və İrana yönəlik siyasətimizə yenidən baxmağa böyük zərurət yaranıb. Prezidentin son açıqlaması da göstərdi ki, səbrimiz tükənməz deyil.
  • İran Azərbaycana münasibətdə hansısa təxribatlara yol verə bilərmi?
  • Bu az ehtimal olunur, amma mollalar tərfindən belə düşüncəsiz qərarlar qəbul edilərsə bu, İran dövlətinin dünyanın siyasi xəritəsindən silinməsi ilə nəticələnəcək.
  • Rusiya prezidentinin təşəbbüsü ilə baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntiləriniz nədir?
  • Regiona, xüsusilə Azərbaycan və Ermənistana sülh çox lazımdır. Xalqlarımız müharibədən yorulub, gənclər müharibədə həyatlarını itirməməlidirlər. Amma çox təəssüf ki, sülhə töhfə vermək imkanı olan güclər bunda maraqlı deyil. Biz Rusiyanı inandırmalıyıq ki, sülhə töhfə Rusiyanı regiondan çıxarmayacaq, əksinə, onun mövqelərini daha da gücləndirəcək. Ermənilər və Azərbaycan xalqı əmin olsa ki, Rusiya münaqişəni qoruyub saxlamaqla iki qonşu xalqı sonsuzluğa qədər bir-birini qırdırmaq istəyir, o zaman düşmən ölkə kimi Rusiya bölgədə uzun müddət qala bilməyəcək. Çox istərdim ki, Putinin ətrafı Rusiyanın maraqlarına cavab verməyən təhlilləri və həqiqəti əks etdirməyən informasiyaları ilə Ukraynada olduğu kimi, onu yanlış qərarlar qəbul etməyə inandıra bilməsin və biz öz torpaqlarımızda suveren hüquqlarımızı bərpa edək, Rusiyanın vasitəçiliyi ilə sülh sazişi imzalayaq.
  • Üçtərəfli görüş anons ediləndən sonra rəsmi Moskvanın istiqamətləndirdiyi mediada sülh və Azərbaycan əleyhinə materiallar dərc olunur, verilişlər yayımlanır, Ermənistan sülh sazişi imzalayarsa Ukraynanın gününə salınacağı ilə hədələnir. Belə bir vəziyyətdə görüşə qatılmağın hansısa mənası qalırmı?
  • Görüşdən imtina düşmənlərimizin əlinə əleyhimizə təbliğat aparmaq imkanları verər. Görüşdə bəzi məsələlər barədə çılpaq danışmaq lazımdır. Rusiyaya deyilməlidir ki, Ermənistanın revanşist qüvvələrinin könlünü oxşamaq üçün siz Qarabağı Azərbaycanın yurisdiksiyasından kənarda saxlamağa çalışmamalısınız və biz bu vəziyyətlə barışmaycağıq. Azərbaycan xalqının xəyal qırıqlığına uğraması regionda Rusiyanın da maraqlarına cavab verməyən xoşagəlməz proseslərə yol aça bilər. Ermənistan da başa salınmalıdır ki, növbəti böyük müharibə, onlara kimin kömək etməsindən asılı olmayaraq, onların sonu olacaq.
  • Ordumuz belə bir müharibəyə hazırdırmı?
  • Əgər son günlər Vətən müharibəsində korpus komandirinin müavini olmuş mərhum polkovnikin səs yazılarına eyham vurursunuzsa, əvvəlcə onun həqiqiliyi sübut olunmalıdır, xalqa bu barədə məlumat verilməlidir. Əgər həqiqətdirsə, o zaman təchizat məsələlərinin həlli istiqamətində təxirəsalınmadan qərarlar qəbul olunmalı, orduya parlament nəzarəti gücləndirilməlidir. Belə olarsa neqativ hallara qarşı daha effektli mübarizə aparmaq olar. Parlamentin müdafiə və təhlükəsizlik komitəsi araşdırmalıdır ki, bütün əsgərlər qoruyucu gödəkçələrlə, lazımi radio – texniki və digər zəruri vasitələrlə təmin olunubmu, qidalanma necədir, müsir silahlarla təminat və ehtiyatlar hansı həcmdədir və s. Bundan başqa hesab edirəm, nəhayət ki, Ordumuz peşəkar əsasda qurulmalı, müdafiə naziri mülki şəxs olmalıdır. Bu məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə müdafiə xərcləri büdcə xərclərinin ən azı 25 faizini təşkil etməlidir. İstedadlı gənclərin hərbi məktəblərə gəlişini stimullaşdırmaq üçün hərbçilərə mənzil tikintisi sürətləndirilməli, xidmətə başlayan bütün gənc zabitlər fərdi mənzillə təmin olunmalı, ciddi dövlət təminatına malik olmalıdırlar. Bunlar hamısı onlarla imzalanan müqavilədə öz əksini tapmalıdır. Yaxın gələcəkdə regionda, sərhədlərimizdə narahatedici hadisələrin baş vermə ehtimalı yüksəkdir. Ona görə dövlətimizin təhlükəsizliyi birinci olmalıdır.

Previous Post

Qüdrət Həsənquliyev: “Mollalar tərəfindən düşüncəsiz qərarlar qəbul edilərsə…”

Next Post

Şöbədə arvadını öldürən polislə bağlı – Qərar

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post
Şöbədə arvadını öldürən polislə bağlı – Qərar

Şöbədə arvadını öldürən polislə bağlı - Qərar

Şöbədə arvadını öldürən polislə bağlı – Qərar

Şöbədə arvadını öldürən polislə bağlı - Qərar

Son xəbərlər

Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.