"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyev: “Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar?”

10 Aprel 2017 - 12:05
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Milli Məclisin ötən həftə baş tutan plenar iclasında iki məsələ ciddi müzakirə mövzusu oldu: “Banklar haqqında” qanun və Rusiyada artan anti-Azərbaycan davranışlar. Bəlkə də son illərdə ilk dəfə idi ki, Azərbaycan parlamentində şimal qonşumuza qarşı bu dərəcədə etirazlar ifadə olundu, xəbərdarlıqlar edildi. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə banklar mövzusundan danışarkən dəfələrlə söz alıb ciddi qanun pozuntularından, hətta Konstitusiya müddəalarının pozulmasından danışdı, üstəlik, qanunu geri qaytarmağa çağırdı. Müsahibəmizdə bütün bunlara aydınlıq gətirməsini istədik:

Bunu da oxuyun

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Tramp: İran çökməkdə olan bir ölkədir

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

– Qüdrət bəy, parlamentdə çox ciddi ittiham səsləndirərək dediniz ki, Milli Məclisdə bir neçə dəfə antikonstitusion qanunlar qəbul etmişik. Söhbət hansı qanunlardan gedir?
– Doğrudan da, biz bir neçə dəfə Konstitusiyaya zidd qanunlar qəbul etmişik. Sonuncu dəyişikliyi Cinayət Məcəlləsinə etdik və terror aktı törədən şəxslərin vətəndaşlıq hüququndan məhrum edilməsinə dair sanksiya verdik. O vaxt da etirazım oldu, bildirdim ki, Azərbaycanda vətəndaşlıq hüqüqundan məhrumetmə növündə bir cəza nəzərdə tutulmayıb. İkincisi də, o zaman Konstitusiyada qeyd olunmuşdu ki, Azərbaycan vətəndaşı heç bir halda, istisnasız olaraq vətəndaşlıq hüququndan məhrum edilə bilməz. Üçüncüsü də absurddur ki, cinayət törətmiş şəxsi vətəndaşlıq hüququndan məhrum edəsən. Ağır cinayət törədən adama ən ağır cəza verilə bilər, bizdə də ən ağır cəza ömürlük həbsdir. Müasir dünyada bizdən başqa ikinci bir ölkədə vətəndaşlıqdan məhrumetmə ilə bağlı cəza növü yoxdur. Ona görə də biz Konstitusiyanı pozmaqla analoqu olmayan bir presedent yaratdıq. Belə cəza növü yalnız ibtidai icma quruluşunda olub, ümumi davranış qaydalarını pozan şəxsləri icmadan qovurdular ki, “get, başqa yerdə yaşa!” Amma indi hansı ölkəyə deyəcəksən ki, “bu, cinayət törədib, ona görə də sən bunu qəbul elə!” Amma artıq qanun qəbul olunub. Təəssüf ki, mən çox kəskin etiraz etsəm də, xeyri olmadı…
– Qayıdaq sonuncu etiraz etdiyiniz qanuna. Burada sizin etirazınızın əsas səbəbi nə idi?

 

– Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verildi. Qurumun bu səlahiyyəti var idi. Amma İnzibati Prosessual Məcəllədə belə bir müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, o qərarı ləğv eləmir. Qanunsuz hesab edir, amma ləğv eləmir. Yəni absurdluq bax, burdadır. Bu, sadəcə, hüquqi nihilizmdir. Bunun əvəzində yalnız kompensasiya ödənə bilər. Burada Konstitusiyanın bir neçə müddəası pozulur. Birinci konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir – qanunverici, icra və məhkəmə orqanı. Hər biri də öz səlahiyyətləri çərçivəsində müstəqildir, bu da birbaşa yazılır. Bundan başqa, Konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunverici orqan onların səlahiyyətlərinə aid məsələlərlə bağlı nə qanun, nə qərar qəbul edə bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq.

– Səbəb nədir?
– Deyəcəyəm. Təkcə Konstitusiyanın bu maddəsi pozulmur. 60-cı maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarının, siyasi partiyaların, istənilən təşkilatın qərarlarından məhkəməyə şikayət verə bilər. Biz bu qanunu qəbul edəndən sonra belə çıxır vətəndaş hesab edirsə ki, ona məxsus bankı qanunsuz bağlayıblar, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz. Yalnız kompensasiya iddiası qaldıra bilər. Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur.
– Məgər burada beynəlxalq konvensiyalar, Avropa Məhkəməsi nəzərə alınmayıbmı?
– Hələ mən beynəlxalq konvensiyaları kənara qoyuram, öz Konstitusiyamızdan danışıram. Məni dəhşətə gətirən o oldu ki, Milli Məclisdə bütün bunları dediyim halda, heç bir reaksiya verilmədi. Verildi e, qanunsuz reaksiya… Bəzi deputat həmkarlarım hüquqşünas peşələrinə xəyanət etdilər, açıq şəkildə Konstitusiyaya zidd müddəanı dəstəklədilər. Orda savadlı hüquqşünaslar var, onlar başa düşürlər ki, nə baş verir. Amma hökumət tərəfindən gəldiyinə görə ona dəstək verdilər. Konstitusiyada vətəndaşın əmək hüququ var – 35-ci maddə. Yəni istənilən peşə ilə məşğul olmaq hüququ var. Məsələn, mən də özümə bank fəaliyyəti ilə məşğul olmaq seçimini etmişəm. Bankım var, ancaq sən mənim bankımı bağlayırsan ki, “daha bank fəaliyyəti ilə məşğul olma!” Özü də qanunsuz deyirsən, məhkəmə də bunun qanunsuz olduğunu sübut edir. Bu da vətəndaşın növbəti konstitusion hüququnun pozulmasıdır. Gör mən Konstitusiyanın neçə maddəsini saydım ki, kobud şəkildə pozulur. Hətta komitə iclasında Ali Məhkəmə üzvü də dedi ki, siz məhkəmələrə necə qanun qəbul etməklə bağlı göstəriş verə bilməzsiniz.
– Deməli, bütün bunlar Nəzarət Palatasına əlavə səlahiyyətlər verilməsinə hesablanıb, eləmi?
– Onsuz da bu qurumun səlahiyyətləri var. İstəsə, bu gün lisenziyanı ləğv edə bilər. Amma məhkəmə Nəzarət Palatasının qanunsuz qərarını ləğv edə bilirdi, indi biz qanunda yazdıq ki, məhkəmə bu qurumun qərarını ləğv edə bilməz.
– Bağlanan banka görə kompensasiya ödənişi necə həllini tapacaq?

“Rusiya 2013-cü ildəki kimi, 2018-ci il prezident seçkiləri ərəfəsində Azərbaycandan nəsə qopartmaq üçün təzyiqləri artıra bilər”

– Mən orda da soruşdum ki, məsələn qanunsuz bağlamaqla banka milyonlarla ziyan vurmusan, konpensasiyanı kim ödəyəcək? Hətta onu da dedim ki, burada yazsaydınız ki, məhkəmə bu yanlış qərarı qəbul edənlərin şəxsi hesabına banka vurulan ziyan ödənilsə, bu halda bu qanun Milli Məclisə gəlməzdi. Nəzarət Palatasının o qədər imkanları yoxdur. Deməli, ziyan büdcə vəsaitləri hesabına ödəniləcək. Hökumət faktiki surətdə istənilən bankı bağlayacaq, məhkəmə bunu qanunsuz saysa, uzaqbaşı qərar çıxaracaq ki, sənə 500 min, ya 1 milyon kompensasiya veririk, götür, get, sən artıq bank işlədə bilməzsən! Kompensasiya deyilir, amma bizim Konstitusiyada deyilir ki, yalnız dövlət ehtiyacları üçün başqasının əmlakı milliləşdirə, özü də qabaqcadan ədalətli şəkildə ödənilmə şərtilə dövlət ehtiyacları üçün alına bilər. Mən hələ bunun hüquqi tərəfini söylədim, söhbət bununla bitmir. Bu, ölkə iqtisadiyyatına elə böyük ziyan vuracaq ki… Belə şəraitdə hansı investor Azərbaycana investisiya qoyar? Bank xırda bir müəssisə deyil ki, gəlib bağlasınlar, ya köşk kimi götürsünlər. Əgər bank bağlanırsa və qərar qanunsuzdursa, şəxs onu ləğv etdirə bilmirsə, bu ölkəyə kim investisiya qoyar, hansı ağlı başında olan adam bura yatırım qoyar? Heç kim qoymaz. O şirkətlər pul yatıra bilər ki, məsələn, bp kimi şirkətlər, onlar özlərini dövlətdən də güclü sayırlar və düşünürlər ki, onların əmlakını heç kim ala bilməz. Amma kiçik kampaniyalar belə faktları görəndən sonra inanmıram ki, bizə vəsait xərcləsinlər.
– Ancaq rəsmən bəyan olundu ki, bu qərar acınacaqlı vəziyyətdə olan bank sektorunun sağlamlaşdırılmasına xidmət edəcək. Razılaşırsınızmı?
– Guya ki, bu, bank sektorunda nizam-intizamın yaradılmasına xidmət edir. Əslində bu, bank sektoruna vurulan böyük zərbədir. Dünyada ən pis əməllər də müəyyən adlar altında edilir. Heç kəs demir ki, mən filan işi pis niyyətlə edirəm. Mən hesab edirəm ki, bu, ölkədə bank sektoruna və ümumiyyətlə, iqtisadiyyata ciddi zərbə vuracaq. Həmçinin sahibkarlığa böyük zərbədir.
– Deməli, artıq gecdir, yoxsa qanunun geri qaytarılması baş verə bilər? Fakt budur ki, prezident vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün addımlar atmağa çağırış edib və Yol Xəritəsini təsdiqləyib…
– Bunun qarşısını ancaq prezident ala bilər. Ancaq prezidentə də bunu kimsə məruzə etməlidir. Onu kim məruzə edəcək? Məni bu məsələdə ən çox düşündürən və narahat edən odur ki, bizim Prezident Aparatında nəyin qarşılığında onlar bu cür açıq-açığına Konstitusiyaya zidd dərkənar qoyurlar və prezidentin masasının üstünə göndərirlər? Məsələn, Natiq Əmirovla Rüfət Aslanlını başa düşmək olar, onlar hüquqşünas deyillər. Bunlar belə bir təşəbbüslə çıxış edə bilərlər, bəs, ordakı hüquqşünaslar niyə susurlar, bax, bu, düşündürcüdür. Mən xatırladım, bir vaxtlar Ramiz Mehdiyev dedi ki, Prezident Aparatında işə götürməyə savadlı hüquqşünas tapa bilmirik. Görünür, Prezident Aparatında savadlı hüquqşünas problemi ciddiyyəti ilə qalır. Bu qərarla ölkənin imicinə çox böyük zərbə vurublar. Bunu kimsə məruzə etsə, inanmıram ki, prezident belə bir qanuna imza atacaq. Üstəlik də bu, həm iqtisadiyyatımıza, həm ölkəmizin imicinə ziyandır, həm də vətəndaşlarımızın maraqlarına birbaşa toxunur.
– Bank sirlərinin yayılması da ciddi müzakirələrə səbəb oldu. Sizə cavab olaraq bildirildi ki, hətta İsveçrə banklarında sirlər Azərbaycandakı kimi yaxşı qorunmur. Belədirmi?

“Bəzi deputat həmkarlarım hüquqşünas peşəsinə xəyanət etdilər”

– Tam məsuliyyətlə deyirəm ki, heç bir əsası olmayan fikirlərdir. Mən Rüfət Aslanlıya sual verdim ki, sizə bu səlahiyyət nəyə lazımdır? Onu bankın gəliri-çıxarı, əmanətçi sayı, orta əmanət məbləği maraqlandıra bilər. Amma tutaq ki, mənim bankda nə qədər pulumun olmasının Rüfət Aslanlıya nə aidiyyəti var? Rüfət Aslanlı buna cavab verməliydi, əsaslandırmalı idi ki, bu məsələyə görə bank sirrini bilmək səlahiyyəti mənə lazımdır. Amma bunun əvəzində mənə dedi ki, başqa ölkələrdə də bank sirrini bilirlər. Əgər xaricə böyük miqdarda pul köçürmələrindən söhbət gedirsə, o pulların mənbələri haqqında şübhələr varsa, bu halda müvafiq hüquq-mühafizə orqanları var, bank məlumatlarını onlar ala bilər. Bu ölkədə bank sirri deyilən bir şey yoxdursa, bundan sonra kim gətirib bankda əmanət saxlayacaq?
– Rusiyadakı ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi, Dağıstanda Azərbaycanın yük maşınlarına qarşı müharibə vəziyyəti də ciddi narahatlıq doğurur. Nə baş verir, sizcə?
– Mən inanmıram ki, Rusiya Ümumrusiya Azərbaycanlılar Konqresini ləğv etsin, sadəcə, təzyiq kimi istifadə edirlər. Təşkilat ləğv olunsa, münasibətlər ziyan çəkər, inanmıram ki, Rusiya münasibətlərin tam pozulmasında maraqlı olsun. Sadəcə növbəti dəfə 2013-cü il seçkilərində olduğu kimi, Azərbaycana təzyiq edirlər.
– Kreml bunun qarşılığında nə istəyir?
– Deyə bilmərəm. Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimlər keçirməyə hazırlaşır, bu da onları qıcıqlandıra bilər. Yaxud seçki ərəfəsində Sərkisyan Moskvada Putinlə görüşdü, orda hansısa məsələləri müzakirə edib razılaşdıra bilərlər. Yaxud Qarabağ məsələsi ilə bağlı hansısa plan var. Ermənistanın danışıqlardan çıxması sözsüz ki, Rusiyanın istəyidir. Ola bilməz ki, Moskva İrəvanın danışıqlar masasına qayıtmasını istəsin, amma Ermənistan cığallıq etsin. Deməli, nə Dağistanda sürücülərin etirazı təsadüfi deyil, nə İrəvanın danışıqlardan kənarlaşması, nə də ÜAK-ın ləğvi məsələsinin gündəmə gətirilməsi. Ola bilər ki, Rusiya Azərbaycanın hansısa qərarlarından narazı qalıb, yaxud Bakıdan nələrsə istəyir. Bunu hökumət rəsmiləri dəqiqliyi ilə bilər. Amma bu yaxınlarda Lavrov açıqladı ki, biz Azərbaycanı Avrasiya İttifaqında görmək istərdik. Sözsüz ki, Lavrov bu cür açıqlamanı özbaşına verə bilməz, bu, birbaşa Putinin istəyidir.
Digər tərəfdən, Moskvada Rusiya siyasi elitasına yaxın adamlar var. Bu məsələlərdə onların da barmaqlarının olmasını istisna etmək olmaz. Mən adlar çəkmək istəmirəm, heç soruşmayın da. Onların Rusiyanın hüquq sisteminə kifayət qədər yaxın olanları var. Onlar üzdə Azərbaycan hökumətini dəstəklədiklərini desələr də, reallıqda bu hakimiyyətə qarşı kifayət qədər düşmən mövqedə olan adamlardırlar. Ümumiyyətlə, 2018-ci il prezident seçkiləri gəlir. Düşünürəm ki, Rusiya seçki ərəfəsində Azərbaycandan nəsə qopartmaq üçün təzyiqləri artıra bilər.

Previous Post

Qüdrət Həsənquliyev: “Hansı ağlı başında olan adam bu ölkəyə yatırım qoyar?”

Next Post

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı

Bənzər yazılar

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42

ABŞ prezidenti Donald Tramp İranın "dağılan ölkə" olduğunu iddia etdi. Elchi.az xəbər verir ki, Tramp sosial media hesabında İran haqqında paylaşımlar etdi....

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun...

ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07

ABŞ Prezidenti Donald Tramp administrasiyası münaqişənin dinc yolla nizamlanması üçün hələlik İranla danışıqlar aparmır. Elchi.az xəbər verir ki, bu barədə Ağ...

Next Post

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı

Son xəbərlər

İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.