Qüdrət Həsənquliyevdən kommunal xidmət sahələrilə bağlı maraqlı təklif

“Elektrik enerjisi, qaz, suvə digər kommunalxidmət sahələri təciliözəlləşdirilməlidir”
Elchi.az “APA-Economics”-ə istinadən bildirir ki, bu təkliflə MilliMəclisin plenar iclasındamillət vəkili QüdrətHəsənquliyev çıxış edib.
Millət vəkili xidmətsahələrininözəlləşdirilməməsinidövlət üçün əlavə bir yükadlandırıb: “Hesab edirəm ki, dövlətin bu yükün altından çıxması, buməsələlərdə kənara çəkilməsi imkan verəcək ki, nəzarət mexanizmidaha da yaxşı təşkil olunsun. Bəzi xarici ölkələrdə hətta həbsxanalara belə özəl şirkətlər nəzarət edir, mühafizə edir. Bu halda, yəni xidmət sahələrinin özəlləşdirilməsi dövlətin imkanlarını genişləndirir. İndiki halda isə bu dövlətə bağlı olan qurumlar olduğundan bir çox hallarda quruma yönələn tənqidlər həm də dövlətə yönəlir. Hesab edirəm ki, bu xidmət sahələrinə iş adamları investisiya yatırmalıdır. Strateji sahələr isə özəlləşdirilməsində isə yalnız Azərbaycan vətəndaşı iştirak etməlidir. Bununla bağlı qanunvericiliyə dəyişiklik edə bilərik. Düşünürəm ki, bunu etsək, bu sahədə nəzarəti həyata keçirə bilərik”
Q. Həsənquliyev əlavə edib ki, kommunal xidmət sahələrininözəlləşdirilməsi vətəndaşların daha səmərəli xidmət göstərməyəimkan verəcək. “Mətbuat vasitəsilə oxuyuruq ki, elektrik enerjisində itkilər çoxdur. Dünyanın heç bir yerində elektrik enerjisi sahəsində itkilər bu qədər deyil. Elektrik enerjisini istehsal edən qurum həm də bunu əhaliyə satır. Bu halda isə itki hallarına yol verilir. Elektrik enerjisi özəl təşkilat tərəfindən satılsa, bu qədər itki olmayacaq və əhali daha keyfiyyətli və səmərəli xidmətlə təmin ediləcək”, - deyə millət vəkili bildirib.