"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: Paşinyana yeni toqquşmalar lazımdır

07 Aprel 2024 - 14:11
in Cebhe-banner, MANŞET
#image_title

#image_title

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az həmin müsahinəni oxuculara təqdim edir

Bunu da oxuyun

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

– Qüdrət bəy, Qərbin, yaxud Sorosun “uşaqları” cidd-cəhdlə sübut etməyə və xalqı inandırmağa çalışırlar ki, Azərbaycan Rusiyanın maraqlarından çıxış edərək Ermənistanla münasibətləri gərginləşdirir və bu Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Siz necə düşünürsünüz?

– Onların belə mövqe sərgiləməsi “başa düşüləndir”, çünki Paşinyan da Qərbin “uşağıdı”. Azərbaycan vəziyyəti gərginləşdirmək istəsə burda qəbahət hesab olunacaq heç nə yoxdur. Atəşkəs haqqında sazişin imzalanmasından 3 il yarım vaxt keçsə də Ermənistan hələ də torpaqlarımızın bir hissəsini işğal altında saxlayır. Paşinyan vədlər verir, boş-boş danışır, ölkəsini beynəlxalq birlik qarşısında sülhpərvər göstərməyə çalışır, amma torpaqlarımızı azad etmək istiqamətində real addımlar atmır, sülh sazişini imzalamır, vaxt udmağa çalışır, Ukraynada Rusiyanın məğlub olmasını və həmin ölkədə “sorosçu”ların hakimiyyətə gəlişini gözləyir. Müharibəni uduzsa da, sülh danışıqlarının onun istədiyi formatda və öz tərəfdaşlarının vasitəçiliyi ilə keçirilməsini tələb edir ki, bu da böyük həyasızlıqdı. Öz öhdəliklərindən imtina edərək Naxçıvana, atəşkəs haqqında sazişin şərtlərinə uyğun olaraq Rusiyanın nəzarətində, maneəsiz gediş-gəliş üçün yolun açılmasına imkan vermir. Hazırda gərginlik yaratmaqla ona nail olmağa çalışır ki, Rusiyanı Ermənistandan çıxarıb Fransanın bölgədə hərbi iştirakını təmin etsin, türk düşmənlərindən müasir silahlar alsın. Bunun üçün isə Paşinyana yeni toqquşmalar lazımdır. Nə Ermənistan, nə də tərəfdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmir. Onları narahat edən başqa bir məsələ isə Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsidir ki, onu hər vəchlə korlamağa çalışırlar.

– Yeri gəlmişkən , “uşaqlar” sizi ittiham edirlər ki, guya siz demisiniz ki,Zəngəzuru işğal edib Rusiyaya vermək lazımdır. Onlara cavabınız nədir?

– Bu “uşaqların” siyasi tərbiyəsi çox pis olub. Üzə dururlar, utanmadan ağ yalanı danışa bilirlər. Mən dəfələrlə demişəm ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməsə, Azərbaycanın haqqı var ki, güc tətbiq etməklə Zəngəzuru (yolun keçəcəyi ərazini) öz nəzrətinə götürsün və Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması şərtilə, üçtərəfli sazişə uyğun olaraq Rusiyanın nəzrətinə versin və biz dünyaya göstərək ki, Ermənistanın ərazisində gözümüz yoxdur. Bu siyasi dələduzlar bilərəkdən yoldan danışmır, deyirlər ki, Qüdrət Həsənquliyev təklif edir ki, Zəngəzuru işğal edib Rusiyaya verək.

Hazırda vəziyyət belədir ki, 2020-ci ilin 10 noyabrında Ermənistan bizi aldadaraq Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsinə dair öz üzərinə öhdəlik götürməklə mühasirəyə düşmüş Qarabağdakı 20-25 minlik işğalçı ordusunu darmadağın olmaqdan xilas edib, indi isə öhdəliyini yerinə yetirmir. Düşünmürəm ki, Azərbaycan bununla barışmalıdır.

– Başqa bir ittiham da ondan ibarətdir ki, Ermənistanın Rusiyadan ayrılmaq istəyirsə biz ona mane olmamalıyıq?

– Məgər mane oluruq? Biz tələb edirik ki, torpaqlarımızı işğaldan azad et, Naxçıvana sizə bağışladığımız öz tarixi torpaqlarımız üzərindən öhdəliklərinə uyğun olaraq yol ver. Ermənistanın nə qədər çox ölkə ilə münasibətləri pozulsa bizim üçün bir o qədər yaxşıdır, biz də bu istiqamətdə ciddi çalışmalıyıq, çünki bu zaman güc tətbiq etmədən torpaqlarımızı işğaldan azad edə, Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə bilərik. Ermənistana təzyiqləri artırmasaq onlar bunu könüllü etməyəcək.

Previous Post

Qüdrət Həsənquliyev: Paşinyana yeni toqquşmalar lazımdır

Next Post

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Bənzər yazılar

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58

Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa...

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə...

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Next Post
Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.