"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Mənə hücum etməklə özlərini yenidən biabır edirlər”

22 Dekabr 2021 - 11:12
in MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsi

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

– Qüdrət bəy, “Turizm haqqında” Qanununun müzakirəsi zamanı ölkəyə turist cəlb etmək üçün Zəngəzurda və “Böyük Zirə” adasında kazino açmaq təklifinizdən sonra bəzi əxlaqsız gədalar sanki əllərinə bəhanə düşübmüş kimi, Sizə qarşı bir kampaniya başlatdılar. Əlbətdə, bu dediklərimiz ədəb çərçivəsində fərli mövqe sərgiləyənlərə aid deyil. Bu barədə fikrinizi bilmək istərdik.

– Bir qrup uğursuz və uğursuzluğun mənəvi deqradasiyaya uğratdığı ünsürlər mənə hücum etməklə özlərini yenidən biabır edirlər. Araşdırsanız görərsiniz ki, təhqir yazanlar və onlara bu cür göstəriş verənlərin hamısı əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı. Ağıllı və məsuliyyətli insanlar mənim çıxışımla tanış olanda həmin elementlərdən fərqli olaraq başa düşürlər ki, mən nə təklif etmişəm. Mən ölkəmizdə turizmin inkişafı üçün xidmətlərin səviyyəsinin yüksəldilməsini və xidmət xərclərinin azaldılmasını təklif etdim. Sözsüz ki, bura uçuş xərcləri də daxildir. Xidmət səviyyəsinin yüksəldilməsi, dünya elminə və mədəniyyətinə çıxış məqsədilə həm də ingilis dilinin ölkəmizdə geniş miqyasda tədris olunması, bu məqsədlə xüsusi dövlət proqramının qəbul edilməsinin zəruriliyini vurğulamışam. Vətəndaşlarımızın təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat (bu, müvafiq dövlət orqanı tərəfindən Milli Məclisə rəsmi təqdim olunmuş məlumatdı) pul uduzduğunu nəzərə alaraq, ölkəmizə turist cəlb etmək məqsədilə müəyyən ərazilərdə kazinoların açılmasını təklif etmişəm. Bura xarici kazinolarda uduzulan pullar daxil deyil. Mən bu təşəbbüslə əvəllər də çıxış etmişəm. Gürcüstanı çox zaman bizə nümunə kimi təqdim edən bu gerizəkalılar gedib öyrənsinlər ki, Gürcüstan kazinolarının əsas müştəriləri kimlərdir? Gürcülər kazinolar hesabına nə qədər turist cəlb edir və turizmdən nə qədər pul qazanır? Yaxud qardaş Şimali Kipr Türk Respublikası (ŞKTR) olsun. Kimsə deyə bilər ki, Gürcüstan müsəlman ölkəsi deyil, bəs ŞKTR necə? Biz müharibədən çıxmışıq, Qarabağın bərpası, şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi üçün ölkəmizə pul lazımdır. Əsgər və zabitlərimiz qan töküb o torpaqları azad etməyiblər ki, xalqımız o torpaqlarda yas saxlasın. Şəhid ailələri daxil xalqımız o torpaqlarda yeyib-içib əylənməli, xoşbəxt həyat yaşamalıdır. Bu gün Razi Nurullayevin bir açıqlaması ilə tanış oldum. Həmin qaragüruha xitabən söyləyir ki, islamda sələmə pul verilməsi haramdır. Bəs niyə banklardan kredit götürüsünüz? Biz şəriət qanunları ilə yaşayan islam dövləti deyilik.

Mənim həmin gün qaldırdığım digər vacib məsələlər barədə susan bu üzdəniraq siyasi dələduzlar yapışıblar kazinodan. Halbuki, həmin gün eyni vaxtda “Lotereyalar haqqında” Qanuna və “Cinayət Məcəlləsinə” birinci oxunuşda dəyişiklik edildi. Dəyişiklikyə əsasən, CM-nin 244-1-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı kimi təklif olunur. “Bu Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirlərin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab olunur”.

Beləliklə, bundan sonra qanunlara uyğun olaraq, keçirilməyən istənilən mərc oyunu qumar oyunu hesab olunacaq. Bu günə qədər qumar oynamaq inzibati hüquqpozma hesab olunurdu və mənəviyyat əleyhinə yönələn xəta sayılırdı. Bundan sonra isə edilmiş dəyişikliyə, hüquqi məntiqə və hüquq düşüncəsinə görə qumar oynamaq lisenziyasız sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, iqtisadi fəaliyyət əleyhinə yönələn qanunpozuntusu kimi başa düşülməlidir və qanunvericilikdən “qumar oynama”, qumarxana təşkil etmə və saxlama “ictimai mənəviyyat əleyhinə yönələn xətalar və cinayətlər” kateqoriyasından çıxarılmalıdır. Bu məqsədlə müvafiq dəyişikliklər edilməlidir.

Yeri gəlmişkən qeyd edim ki, həmin gün qonşu ölkələri misal çəkərək Milli Məclisə təqdim olunan qanun layihələrində qanunvericilik texnikası baxımından ciddi qüsurların, boşluqların, kolliziyaların olmaması, sui-istifadə hallarına yol açacaq normaların qarşısının alınması üçün Milli Məclis, yaxud Nazirlər Kabineti,yaxud Ədliyyə Nazirliyi yanında “Qanunvericilik institutunun” yaradılması barədə təşəbüslə çıxış etdim. “Uşaqpulu müavinət”inin verilməsinin zəruriliyi barədə mətbuata açıqlama verdim. Amma tərbiyəsiz kütbeyinlər bu kimi məsələləri müzakirə edə bilməzlər, çünki həm savadları yoxdur, həm də Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi aldıqları tapşırıqlar “məsciddən” danışmaqdır.

Previous Post

Qüdrət Həsənquliyev: “Mənə hücum etməklə özlərini yenidən biabır edirlər”

Next Post

Zəfərə doğru…

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post
Zəfərə doğru…

Zəfərə doğru...

Zəfərə doğru…

Zəfərə doğru...

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.