"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Zəfərə doğru…

22 Dekabr 2021 - 11:15
in MANŞET
FacebookVatsap

Şəhid Şəhriyarın övladı: “Mənim atam qəhrəmandır!”

Bunu da oxuyun

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

1992-ci il, 26 fevral… Azərbaycan torpaqlarından bir parçanı-Xocalını Ermənistan silahlı qüvvələri və rusların 366-cı alayının işğal etdiyi tarix. Qaniçən ermənilər Xocalı şəhərinə od vuraraq yandırmış, xocalılardan vəhşicəsinə öldürdüklərini öldürmüş, öldürmədiklərini əsir götürmüş, fürsət tapa bilənlər isə ayaq yalın, başı açıq qaşmışlar. Xocalının od tutaraq yandığı Ağdamın Xaçındərbənd kəndinin yüksəkliklərindən də aydınca görünürdü. Kəndin camaatı uşaqdan tutmuş böyüyə kimi bu dəhşətli mənzərəni seyr edir, ancaq əllərindən heç nə gəlmirdi ki, xocalılara kömək etsinlər.
1990-cı il mayın 25-də dünyaya gələn, hələ 2 yaşı tamam olmayan Şəhriyar baş verənləri dərk etməsə də, atası Nəsib, anası Xalidənin təlaşını görürdü. Dəfələrlə olurdu ki, Ermənistan silahlı qüvvələri Xaçındərbəndi atəşə tutanda valideynləri qardaşını və onu qorumaq üçün məcburən Ağdamın Xındırıstan kəndinə, baba evinə gedirdilər. Sakitlik olan kimi yenidən doğma yurda qayıdırdılar. Ancaq 1993-cü ilin iyulunda bütün yurddaşları kimi Quliyevlər ailəsi də öz torpaqlarından məcburən didərgin düşdülər. Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdilər. Bir müddət Sabirabadda, Yevlaxda yaşadılar. Əgər buna yaşamaq deyilərsə. Hər addımbaşı məcburi köçkün töhmətini daşıyaraq. ..
…Bir müddətdən sonra Sumqayıta gəldilər. Düzdür, yurd yerlərindəki bolluq, firəvanlıq olmasa da, güzəranlarını yavaş-yavaş qurmağa başladılar. Artıq oğlanları məktəbdə oxuyurdu. Bircə el-oba həsrəti və bir də “məcburi köçkünlər”, “qaçqınlar” tənəsi onlara rahatlıq vermirdi. Bu tənəli sözlərin yükü o qədər ağırdır ki, ancaq yaşayanlar bilər…

“Məcburi köçkün balaları uşaqlıq keçirmədilər”

Xalidə xanım:”Məcburi köçkün balaları uşaqlıq keçirmədilər. Onlar mənim oğlum Şəhriyar kimi ermənilərdən alacaqları qisasın yetişəcəyi günü gözləyə-gözləyə böyüdülər”.
… Sumqayıt şəhər 15 saylı orta məktəbi bitirən Şəhriyar 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Qulluq etdiyi hərbi hissədə müxtəlif ixtisas qrupları vardı. Şəhriyar kəşfiyyatçı kimi yetişsə də , bundan valideynləri xəbərsiz idi. Onları narahat etmək, əndişələndirmək istəməyib. Şəhriyar Gürcüsatan və Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edib. Komandirlərinin verdiyi tapşırıqları layiqincə yerinə yetirən Şəhriyar axşam evə qayıdanda bir qədər istirahət edib, yenidən idamanla məşğul olmaq üçün idman zallarına üz tutub. Bütün varlığıyla hazırlaşıb və bilib ki, belə davam edə bilməz. Gec-tez torpaqlarımızin düşmən tapdağından azad ediləcəyi gün gələcək. Bunun üçün əmək sərf etmək, hərbi tapşırıqları mükəmməl olaraq öyrənmək lazımdır ki, düşmənin cavabı layiqincə verilsin…
…Şəhriyar 2015-ci il iyunun 8-də sevdiyi Pərvinlə ailə həyatı qurur. Və xanımına sözü bu olur: “Hərbçi xanımlarının yaşadıqları həyat çətin olur. Bilirəm ki, sən bu çətinliyi aşa biləcəksən”.
Pərvin: “İşində nə baş verirdi versin, evdə gəlib danışmazdı. Yəni onda əsl kəşfiyyatçı xarekteri vardı. Mən də heç nə soruşmazdım. Bir də görürdün gecəylə zəng gəldi, hazırlaşıb gedirdi. Bilirdim ki, işi var. 2016-cı il aprelin 3-də yenə də zəng gəldi və getdi. Səhəri bildik ki, döyüşə yollanıb. O zaman hamiləydim. Uşağın doğumuna sayılı günlər qalmışdı. Bunu bildiyi üçün çox narahat idi. Həkimə zəng vurub vəziyyətimi soruşub, narahatçılığa əsas olmadığını biləndən sonra rahatlaşıb. Aprelin 6-da oğlum dünyaya gəldi. Sevinirdim, həm də ağlayırdım. Çünki Şəhriyarla sevincimi bölüşə bilmirdim. Mən evdə tək böyümüşəm. Anam məni atasız böyüdüb. Bacım, qardaşım olmayıb. Şəhriyar mənim hər şeyim idi-atam, qardaşım, sirdaşım, dostum. Həmin gün yenə də onlarsız qalmışdım. Nəhayət, aprelin 10-da gəldi. Hərbi geyimdəydi. Körpəni bağrına basıb ətrini nəfəsinə çəkdi və dedi: “Biz vuruşuruq ki, sənin kimi balalar rahat, firəvan həyat yaşayasınız”. İkinci oğlumuz isə 2017-ci il iyunun 4-də dünyaya gəlib. Ailəsinin rahatlığı üçün əlindən gələn hər şeyi edərdi. Özümü dünyanın ən bəxtəvər qadını bilirdim. Allah bir tərəfdən əsirgəsə də, bir tərəfdən nələri arzulamışdımsa, vermişdi”.
…Şəhriyar Quliyev aprel döyüşlərində mərdliklə vuruşub. Milli Qəhrəman Samid İmanovun cənazəsini neytral zonadan çıxaranlardan biri də Şəhriyar olub. Şəhriyar aprel döyüşlərinin dayandırılmasını heç cür qəbul edə bilmir. Elə hey deyir: “Düşmənin cavabını verməyimiz yarımçıq qaldı. Ancaq bilirəm o gün gələcək”. Və həmin gün gəldi. 2020-ci il sentayabrın 27-si. Ermənistan silahlı qüvvələrini və separatçı sürüsünü 30 ilə yaxın işğal altında saxladıqları Qarabağımızdan təmizləmək günü…

Həyatının gülü…

Pərvin: “Sentyabrın 27-si nişanlandığımız tarixdir. Ancaq Şəhriyar nədənsə həmin gün deyil, iki gün əvvəl, yəni sentyabrın 25-də təbrik elədi məni. Bir dəstə gül aldı və uşaqlarla birgə restorana getdik. Oğlanlarım Camal və Ramal sual etdilər: “Ata bu gülü kimə almısan?” Gülərək dedi: “Bu gülləri həyatımın gülünə almışam”. Həmin gün dedik, güldük. Şad-xürrəm evimizə döndük. Nə biləydim ki, növbəti günün axşamı onu bir daha görməyəcəm. Sentayabrın 26-da təlimə çağrıldığını deyib, evdən çıxdı. Çıxmamışdan öncə çay istədi və dedi: “Sonuncu dəfə çay ver içib gedim”. “Necə yəni sonuncu dəfə?” soruşanda söhbəti dəyişdi: “Yəni bun gün üçün sonuncu dəfə”. Evdən çıxarkən uşaqları bağrına basıb dönə-dönə qoxuladı, öpdü və tapşırdı: “Ananızın sözünə baxın”. Heç vaxt belə etməzdilər, uşaqlar atalarının arxasınca bir ağlayırdılar ki… Sanki sonuncu görüşləriydi… Dözə bilmədi, geri qayıdıb, uşaqları sakitləşdirdi və getdi”.
… Azərbaycan Ordusunun giziri Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı birləşmələrinin işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə əfsanəvi taborun qəhramanlarından biri olaraq savaşıb. Xüsusi Təyinatlı Qüvvələrin Xüsusi Əməliyyatlar Taborunun döyüş qrupunun hücumçu-kəşviyyatçı giziri Şəhriyar 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub…
Xalidə xanım: “Hər gün demək olar ki, zəng vurub hal-əhval tuturdu. Bilirdi ki, ailəsi də, biz də səksəkə içindəyik. Zəng vuranda da elə bil toyda-bayramdaydı. Bir dəfə soruşanda dedi: “Bizim üçün toy-bayramdır. Torpaqlarımızı yağı düşməndən təmizləyirik. Həsrətində olduğumuz yerlərə ayaq basmışıq, suyundan içmişik. Daha nə istəyirik. Siz dualarınızı əsirgəməyin, yetər”. Cəbrayılda Azərbaycan bayrağını ucaldan gün sevinirdi. “Belə davam etsə, çox keçməz Ağdama, kəndimizə də gedəcəyik. Hazırlaşın, gedib yaxşı bir ev tikərik”, deyirdi. Nə gizlədim, həm sevinirdim-belə qəhrəman, torpaqlarımızı işğaldan azad edən oğullardan biri də Şəhriyardı, həm də içimdə qorxu vardı. Çünki hər gün Sumqayıt Şəhidlər Xiyabanında şəhidlərimiz dəfn olunurdu. Gecə-gündüz namaz üstündə dua edirdim ki, Allahım, sən balamı balalarına bağışla. Onları atasız qoyma”…

Etdiyi yaxşılıqları dilinə gətirməyi sevməyib

…Bir övladın ən gözəl əsəri Vətəni, nəsli və millətidir. Əgər yaxşı övlad olub ad-san qazanmaq istəyirsənsə, millətini də övladların kimi sevməli, mərhəmətli olmalısan. Bu keyfiyyətlərin hər biri Şəhriyarda vardı. Günlərin bir günü axşam hərbi hissədən evə qayıdanda baxır ki, məktəb yaşlarında oğlan uşağı zibil yeşiklərində nəsə axtarır. Yaxınlaşıb soruşur. Əli adlı uşaq deyir: “Dəmir qırıntıları axtarıram ki, satıb anam xəstədir, bacılarım da körpədir, onları dolandırım. Evimiz də yoxdu, dəmir butkada qalırıq”. Məlim olur ki, Əlinin atası yoxdur. Gündüzləri salfet satıb çörəkpulu çıxaran Əli axşama yaxın da dəmir qırıntıları toplayır. Şəhriyar Əlini bazara aparır, ev üçün nə lazımsa alıb verir və üstəlik cibinə pul da qoyur. Telefon nömrəsini verir ki, nə lazım olsa zəng vursun. Bu hadisəni evdə danışmır. Etdiyi yaxşılıqları dilinə gətirməyi sevməyib. Ancaq səhəri hərbi hissəyə gedəndə hərbçi dostlarına baş verənləri anladıb. Və qərara alıblar ki, hər ay maaşlarından pul ayırıb həmin ailəyə kömək etsinlər. Yeni il bayramında da böyük oğluyla birgə tort alıb ailəni təbrik etmək üçün onlara gedib. Bayram günü onlarla birgə tort kəsib ki, tənha olduqlarını hiss etməsinlər. Bu gün həmin ailənin otağının baş köşəsində qəhrəman Şəhriyarın şəkli asılıb və onun ruhuna dualar edilir, doğmaları kimi…
…Ailəsi ilə sonuncu dəfə oktaybrın 18-də danışıb. Uşaqlardan biri “ata ürəyimsən”, o biri də “Qarabağ Azərbaycandır” deyib. Şəhriyar bu sözlərdən kövrəlib, həm də qürur duyub ki, davamçıları var. Vətəni, Milləti, Torpağı sevən davamşıları. Oktayabrın 19-da Qubadlı-Laçın istiqamətində ağır döyüşə giriblər. 6 saat davam edən döyüşdə şəhid olan iki yoldaşını neytarl zonadan çıxaran Şəhriyar yenidən döyüşə qatılır. Bu dəfə əfsanəvi taborun giziri, “boz qurd” ləqəbli qəhrəman şəhid olur . Şəhriyar Quliyevin nəşi gətirilərək oktyabrın 23-də Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır…
Xalidə xanım: “Ağdam işğaldan azad edildikdən sonra həyat yoldaşım və oğlum Rəmziylə birgə yurdumuza getdik. Viran qoyulmuş yurdumuza. Kənddə, bütövlükdə Ağdamda bir salamt ev yoxdur. Tək bizim mal tövləmizdən başqa. Ermənilər mal-qara saxladıqları üçün tövləni dağıtmayıblar. İki mərtəbəli evimizin tən ortasında incir ağacı bitib. Yoldaşım uçuq divarlardan öpüb hönkür-hönkür ağladı: “Oğul, ruhun şad olsun ki, sənin kimi oğullar bu günü bizə yaşatdınız. 27 ildir yaşadığımız “məcburu köçkün”, “qaçqın” töhmətindən bizi qurtardınız”. Ağdamdan Füzuliyə, ordan da Şuşaya getdik. Oğlum Rəmzi yol boyu elə hey deyirdi: “Bu oğullar buraları necə alıblar? Şuşaya necə qalxıblar?” Şuşanı gəzib dolaşdıq və məsciddə namaz qılıb şəhidlərimizin ruhuna dualar oxuduq”.
…Vətənin qeyrətli oğullarından Şəhriyarın Füzulinin azad olduğu yerlərdən çəkdiyi vidio görüntülərə baxıram. Qədir Rüstəmovun “Sona bülbüllər” mahnısına qulaq asan Şəhriyar deyir: “Bax, gördüyünüz o yüksəkliyə Azərbaycan bayrağını sancmışıq. Ermənilər oranı mərmi yağışına tutsalar da, bayrağımıza zaval gəlmədi. Çünki biz haqlıyıq. Allahın köməkliyi ilə 2-3 günə Füzuli tam bizim nəzarətimizdə olacaq. Zəfərə doğru gedirik”. Gözəl sözləri, əməlləri sizlər qoydunuz , hər birimizin qürurla andığımız şəhidlər. Ancaq övladın Camalın və sevdiyin xanımının-övladlarının anasının da sənə gözəl sözləri var.

Ata, sən Vətənə can verdin,
Xalq da sənə can dedi.
Ata, Allah səni yaradıb,
Vətənə qurban dedi!

Yoxluğun ölüm deyil,
Sən yaşayırsan, sağsan.
Zirvədə dalğalanan
Sən üçrəngli bayraqsan!

“Nur içində yat mənim sevgilim”

Pərvin: “Sən mənim üçün əvəzedilməz, həyatımın bir parçası, ürəyim, nəfəsim olmusan. Həmişə də belə olacaqsan. Ürəyimdə, ağlımda qalacaqsan. Balalarınla bağlı həyata keçirə bilmədiyin arzuları gerçəkləşdirəcəm, buna əmin ol. Hər zaman dik duracam, sənə görə, arzularımıza görə, söz verirəm. Özün bilirsən ki, necə bir güclü qadın seçmisən həyatda. Sənin kimi olacam. Sənin varlığını hiss edirəm özümdə. Yanımdasan, köməksən mənə. Cismən olmasa da, ruhən yanımdasan. Nəfəsini nəfəsimdə hiss edirəm. Nur içində yat mənim sevgilim”.
…Şəhriyarın ailəsilə sağollaşıb çıxıram. Oğlu Ramal məni qapıya kimi yola salır və üzümdən öpüb deyir:”Arzu nənə, mənim atam qəhrəmandır!”
…Ocağında iki oğlun böyüyür. Səninlə fəxr edən oğulların. Bu oğulların firəvan, azad yaşaması üçün şəhid oldun. Haqqını halal et şəhidim! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
…Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı na əsasən Şəhriyar Quliyev “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qarabağ” ordeni (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra), “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif edilib.
P.S. Dekabrın 23-də xanımının doğum günüdür. Doğmalar, övladların, qohum-əqraba hər kəs Pərvini təbrik edəcək. Bu təbrikləri qəbul etsə də, ürəyi səni arzulayacaq, qulağı səsdə olacaq. Sənin bir dəstə gülünün həsrətini çəkəcək.

Arzu Şirinova

Zəfərə doğru...
Zəfərə doğru...
Zəfərə doğru...
Zəfərə doğru...
Previous Post

Zəfərə doğru…

Next Post

Paracüdo üzrə dünya çempionatı Bakıya verilib

Bənzər yazılar

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35

Sakit okeanda "Polo" qasırğası Saffir-Simpson şkalası üzrə maksimum sayılan beşinci kateqoriyayadək güclənib. Elchi.az xəbər verir ki, bu barədə Meksikanın Su...

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

22 Sentyabr 2026 - 16:00

Fransanın "Vətənpərvərlər" (Les Patriotes) partiyasının lideri Florian Filippo Fransa Prezidenti Emmanuel Makronu genişmiqyaslı elektrik kəsilməsini simulyasiya edən təlimlərə hazırlıq fonunda...

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

Makron Rusiya ilə bağlı Trampa müraciət edəcək

22 Sentyabr 2026 - 14:00

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşdə amerikalı həmkarı Donald Trampdan Rusiyaya qarşı təzyiqləri artırmağı xahiş etmək...

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev

22 Sentyabr 2026 - 10:46

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Paracüdo üzrə dünya çempionatı Bakıya verilib

Paracüdo üzrə dünya çempionatı Bakıya verilib

Paracüdo üzrə dünya çempionatı Bakıya verilib

Paracüdo üzrə dünya çempionatı Bakıya verilib

Son xəbərlər

Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

22 Sentyabr 2026 - 19:29
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

22 Sentyabr 2026 - 19:20
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib

22 Sentyabr 2026 - 19:11
Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

22 Sentyabr 2026 - 19:00
XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN: Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır

22 Sentyabr 2026 - 18:51
Azərbaycan və Almaniya enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Almaniya enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

22 Sentyabr 2026 - 18:43
Bakıda 10 istiqamətdə sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakıda 10 istiqamətdə sıxlıq var – SİYAHI/YENİLƏNDİ

22 Sentyabr 2026 - 18:35
Seutada cinayətkarlıq 60% artdı: Səbəb qanunsuz miqrant axınıdır

Seutada cinayətkarlıq 60% artdı: Səbəb qanunsuz miqrant axınıdır

22 Sentyabr 2026 - 18:21
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

22 Sentyabr 2026 - 17:59
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

22 Sentyabr 2026 - 17:46
Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

22 Sentyabr 2026 - 17:28
Bu qurumlar sabahdan distant iş rejiminə keçir

Bu qurumlar sabahdan distant iş rejiminə keçir

22 Sentyabr 2026 - 17:15
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22 Sentyabr 2026 - 17:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.