Quba-Xaçmaz yolunda baş verən zəncirvari qəza nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Aleksiyevka kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes”, “VAZ- 2106” və “Chevrolet Niva” markalı avtomobillərin toqquşması nəticəsində İsmayılov Zamiq Namiq oğlu və Məmmədov Sərhəd Yəhya oğlu ölüblər.
Həmzəliyev Elçin Mehrəli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.





















Son şərhlər