"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Qorki ailəsinin faciəsi

24 Sentyabr 2014 - 09:53
in MARAQLI
FacebookVatsap

Aktrisa Mariya Andreyevna və ədəbi katibəsi Mariya Zakrevskaya-Benkendorfla uzun sürən Горький-и-Ленинməhəbbət macəralarına baxmayaraq, yazıçının yalnız bir rəsmi arvadı olub – Yekaterina  Peşkova (qızlıq familiyası – Voljina). Onun Aleksey Maksimoviçlə nikahından iki övladı olub; oğlu Maksim və qızı Yekaterina. Qızı körpə ikən vəfat edir.

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

 

Maksim uşaqlıq illərini xaricdə keçirir. Sonra bir aralar Rusiyada “Çeka”da xidmət edir, ərzaq təchizatı ilə məşğul olur. O, inqilab və bolşevizm vurğunu idi. Müasirlərinin dediyinə görə, Maksim xeyirxahlığı, həssaslığı və infantilliyi ilə seçilirdi. Misalçün, o, motosikletlər, avtomobillər və digər “oyuncaqlar” haqındakı söhbətdən uşaq kimi vəcdə gəlirdi.

Maksim Qorki yeni inqilabi hökumətdən əlini üzüb İtaliyaya qaçanda Lenin, sözün əsl mənasında, Maksimə əmr etdi ki, atasının ardınca gedib onu nəyin bahasına olursa-olsun geri qaytarsın. Qorki Leninə lazım idi – onun nüfuzu, xarizması, proletar əsil-nəcabəti və yazıçılıq məharəti – bütün bunları yeni hakimiyyətin xidmətinə müntəzir qoymaq lazım idi. Maksim Peşkova tapşırıldı ki, atasına təsir etsin. Vladislav Xodaseviç Maksimi belə xatırlayır:

“O, çox yaxşı oğlan idi, şən və ünsiyyətcil idi. Bolşevikləri çox sevirdi, ancaq inanaraq sevmirdi, sadəcə, ona görə ki, onların içində böyümüşdü. O, SSRİ-yə getməyi ona görə istəyirdi ki, bəzən yuxularında gördüyü, uşaqlıq arzularının predmeti olan avtomobil verməyi vəd etmişdilər”. Maksim İtaliyaya nişanlısı Nadejda Vvedenskaya ilə getmişdi. Onlar Berlində evlənirlər, İtaliyada isə qızları Marfa və Darya dünyaya gəlir.

Maksim Peşkov alkoqol və qadınlara qarşı laqeyd deyildi. Rusiyaya qayıtdıqdan sonra heç nə ilə məşğul olmur, sibaritlik edir (naz-nemətə, işləməməyə və həmişə özünə baxmağa vərdiş etmiş adam, nazpərvərdə – tərc.) və daha çox içirdi. Nəhayət, rəsmi məlumata görə, o, 36 yaşında ağ ciyərlərin iltihabından vəfat edir. Əslində, Qorkinin katibi və BBSİ-nin (Birləşmiş Baş Siyasi İdarə) agenti Maksimi həddən artıq içirdib şaxtada qoymuşdu. 1937-ci ildə BBSİ başçısı Henrix Yaqoda məhkəmədə etiraf edir ki, bu cinayət onun əmri ilə “şəxsi motivlərə” görə törədilib. Bütün Moskva bilirdi ki, Yaqoda Maksim Peşkovun arvadı Nadejdaya (ona Timoşa deyirdilər) aşiqdir və əməlli-başlı onun ardınca sürünür. Ərinin ölümündən sonra bir çoxları ilə münasibətdə olan Timoşa qeyri-adi dərəcədə füsünkar qadın idi.

 

Maksim Qorkinin nəvələrinin qismətinə tamam fərqli talelər düşür.

Böyüyü Marfa 1947-ci ildə Beriyanın oğlu Serqoya ərə gedir. O, hələ orta  məktəbdə Stalinin qızı Svetlana ilə bir partada oturmuş və “Svetlanın rəsmi məktəb yoldaşı” statusunu almışdı.

 

Marfa və Serqo Stalinin bağ evində tanış olurlar. Yeri gəlmişkən, Svetlana onların nikahına mane olmağa çalışırdı, çünki özü də Serqo Beriyaya aşiq idi. O, çox yaraşıqlı oğlan idi, yeddi əcnəbi dildə sərbəst danışırdı, elmi karyerası var idi. Lavrenti Beriya oğlunu məmur və partiya işinə yaxın buraxmırdı.

 

Marfa və Serqonun üç uşaqları olur. 1953-cü il hadisələri, Lavrentinin həbsi və güllələnməsi Marfanın taleyinə də xətərsiz ötüşmədi. Serqonu Butırkaya, sonra isə anası ilə birlikdə Sverdlovska sürdülər. Marfa da ərinin ardınca getdi. Serqonun anası uşaqları düşünərək, sözün həqiqi mənasında Marfanı ərindən boşanıb Moskvaya qayıtmağa məcbur etdi.  Uşaqlar – Nina, Nataşa və Serqo familiyalarına gərəksiz diqqəti cəlb etməmək üçün Peşkov soyadını daşıyırdılar. Marfa Maksimovna filoloji təhsil almışdı, namizədlik dissertasiyası müdafiə etmişdi, Dünya Ədəbiyyatı İnstitutunun, Maksim Qorki muzeyinin əməkdaşı, babasının kitabxanasının mühafizəçisidir. Onun 89 yaşı var. Marfa Maksimovna ilə qaşılaşanların hamısı onun heyrətamiz cazibəsindən danışırlar. O, tez-tez Kiyevə gəlir. Oğlu Sergey radioelektronika institutunun əməkdaşıdır. Böyük qızı Nina Storoqanovsk məktəbini və Finlandiyada Rəssamlıq Akademiyasını bitirib. Onun əri də Finlandiyadandır. Kiçik qızı Nadya sənətşünasdır, Moskvada yaşayır. Çozsaylı nəvələri də var.

Darya Maksimovna Peşkova, bacısı Marfa kimi İtaliyada doğulub. Vaxtanqova adına teatrın aktrisasıdır. Darya elə bu teatrın aktyoru, RSFSR-in Xalq artisti və teatr pedaqoqu Aleksandr Qrave (2010-cu ildə vəfat edib) ilə ailə qurub. Onların iki övladı olub: Maksim və Yekaterina. Maksim Aleksandroviç – yüksək vəzifəli diplomatdır və bir vaxtlar Rusiyanın Tacikistanda Səlahiyyətli və Fövqəladə səfiri olub, iki oğlu var. Yekaterina Aleksandrovna Peşkova – Ruben Simonov adına Moskva teatrının aktrisasıdır. Onun oğlu Aleksey Maksimoviç Peşkov isə ulu babasının yolunu tutub, yazıçı olmaq istəyir.

 

Ancaq Maksim Qorkinin varislərinin hekayəti bununla bitmir. Onlardan danışarkən Peşkovların yəhudi oğlan –  ÜMİK-in (Ümumrusiya Mərkəzi İcraiyyə Komtəsi) sədri Yakov Sverdlovun qardaşı Zinovi Sverdlovun oğulluğa götürülməsi əhvalatını unutmaq olmaz.

 

Onların hər ikisi Nijni Novqorodda dünyaya göz açıblar və həbsxana kamerasında tanış olublar. Bu barmaqlıqlar arasına isə inqilabi mübarizədə iştiraklarına görə düşmüşdülər. Bir-birilərinə rəğbət bəslədiklərindən tezliklə dostlaşırlar və bir müddət sonra Zinovi Qorkinin dəvətilə Arzamasa gəlir, pravoslavlığı qəbul edir və Xaç atasının familiyasını qəbul edir. Lakin onların münasibətləri müəyyən sarsıntılara məruz qalır. Bu, çox vaxt Qorkinin məşuqəsi Mariya Andreyevnanın intriqalarının nəticəsi olur.   O, Zinanı sevmirdi, xüsusən də ona görə ki, Qorkinin həyat yoldaşı Yekaterina Pavlovna ona böyük rəğbət bəsləyirdi. Bununla belə, onların dostluğu davam edirdi… “Mən hər çür insan görmüşəm, ancaq indi hiss edirəm ki, mənə ən yaxın olanı Zinovidir, o, balaca və sərt, dürüst insandır” (M.Qorki).

Zinovi  Peşkov yaraşıqlı, təhsilli, səmimi və dürüst biri idi. Avropada Birinci Dünya Savaşının qoxusu gələndə o, haradasa oturub başını gizlətmədi, sıravi əsgər kimi Fransa ordusunda xidmətə başladı. Döyüşlərdən birində sağ qolunu çiyindən itirdi. Palma budaqlı Hərbi xaçla mükafatlandırıldı. Lakin bundan sonra məlum oldu ki, o, fransız ordusunda xidmət edə bilməz, çünki əcnəbidir. Ancaq fransızlar öz qəhrəmanlarından əl də çəkə bilmədilər. Əlilliyinə baxmayaraq, orduya bərpa olundu, ona zabit rütbəsi verildi və ABŞ-a tərcüməçi göndərildi.

 

Zinovi Fransaya bir də 1917-ci ildə qayıdır və əsgər yoldaşı Şarl de Qoll tərəfindən hərarətlə qarşılanır. Fransanın gələcək prezidenti öz dostunu qiymətləndirir və çox istəyirdi. 1917-ci ildə Fevral burjua inqilabından sonra Zinovi Peşkov Müvəqqəti Hökumət yanında Fransa hərbi missiyasının nümayəndəsi kimi Rusiyaya göndərilir.

 

Fransaya qayıtdıqdan sonra isə kapitan rütbəsi alır və böyük nüfuz qazanır. Zinovi Peşkov müxtəlif ölkələrdə Fransanın Xarici legionunun tərkibində döyüşüb. Marokkoda, Böyük Britaniyada, Çində, Yaponiyada işləyib, generel rütbəsi alıb, 1966-cı ildə isə vəfat edib. Şahidlərin dediyinə görə, son iki yüz il ərzində Fransa belə möhtəşəm dəfn görməmişdi.

Ancaq onun varislərinin taleyi dəhşətli oldu. Zinovini qadınlar o sevirdilər. Ancaq o bircə dəfə ata oldu. Nikahda olmadığı gözəl italyan qadınından bir qızı dünyaya gəldi. Və tale elə gətirdi ki, bu yeganə övlad – çox sevilən qızı sovet diplomatına vurulub, 1937-ci ildə onunla birlikdə SSRİ-yə gəlir. Ərini tezliklə güllələyirlər, özü isə Stalin düşərgələrində çürüyür. Uşaq evinə verilən oğullarının taleyi isə məlum deyil.

P.S. Zinovi İtaliyada “gözəl italyanka”, Yey polkunun yasovulunun qızı Lidiya Buraqo ilə rəsmi nikahda olub. Onların Yelizaveta adlı qızları əri ilə SSRİ-yə gəlib kiçik oğlu ilə cəza düşərgəsinə düşür. Böyük oğlunu ərinin qohumları uşaq evindən götürürlər. O – Aleksandr İvanoviç kapitan idi və 1968-ci ildə faciəli şəkildə vəfat edib. Kiçik oğlu – Aleksey İvanoviç Markov  MDU-nun jurnalistika fakültəsini bitirib,  “Moskovskiy komsomolets”, “Knijnıy obozreniya” və b. nəşrlərdə işləyib. O, 1989-cu ilədək Soçidə yaşayan anasına baxırdı. Həmin ildə qızı, 1993-cü ildə idə özü də həyatla vidalaşır.

 

Previous Post

Qorki ailəsinin faciəsi

Next Post

“Moskvanın Bakıdakı strateji postlarda adamları var”

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

“Moskvanın Bakıdakı strateji postlarda adamları var”

" ABŞ -terrorizmin əsas qaynağı"

Son xəbərlər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.