Tacikistan əvvəllər əldə edilmiş bütün razılaşmaları pozaraq, Batken vilayətində Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca sərhəd və mülki obyektlərə xaincəsinə hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
“Tacikistan tərəfini atəşi dayandırmağa çağırırıq. Batken bölgəsində atışma bütün Qırğızıstan-Tacikistan sərhədi boyunca davam edir. Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir. Qırğızıstan-Tacikistan sərhədində baş verən qarşıdurma nəticəsində 4 sərhədçi yaralanıb”, – məlumatda deyilib.
Tərəflər atəşkəs barədə razılığa gəlsələr də, sərhəddə atışmaların davam etdiyi bildirilir.
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib
İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün ABŞ ilə danışıqlar aparmaq səlahiyyətləri verib. Elchi.az...





















Son şərhlər