İsrail ordusu dünən Qəzza zolağının cənubunda biri ağır olmaqla 7 əsgərinin öldürüldüyünü, ikisinin isə yaralandığını bildirib.
Elchi.az xəbər verir ki, ordudan verilən açıqlamaya görə, Qəzzanın cənubundakı Xan Yunisdə bir fələstinli müqavimət döyüşçüsü İsrail əsgərlərini daşıyan zirehli avtomobilə bomba yerləşdirib.
Partlayış zirehli maşının alovlanmasına və içəridə olan 7 əsgərin həlak olmasına səbəb olub. Xan Yunusda raket atəşi nəticəsində biri ağır 2 İsrail əsgərinin yaralandığı da bildirilib.
27 oktyabr 2023-cü ildə qurudan hücuma başlayan Qəzzada qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 434-ə çatıb.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına etdiyi hücumlarda 56 077 fələstinli həyatını itirib, 131 848 nəfər isə yaralanıb.
Şayəstə Hüseynova

















