ABŞ-ın şərqinə təsir edən şiddətli isti dalğasının 160 milyon insanın həyatına mənfi təsir göstərəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, Milli Hava Xidmətinin (NWS) məlumatına görə, ABŞ-ın şərq bölgələri dünəndən bəri qızmar istilərin təsiri altındadır.
Nyu-Yorkda termometrlər 37,7 dərəcəyə çatıb.
Kennedi Beynəlxalq Hava Limanı ərazisində havanın temperaturu günorta saatlarında 38 dərəcəyə çatıb.
Nyu York metropolitenində temperaturun 40 dərəcəyə çata biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Mətbuata açıqlama verən Nyu-York meri Erik Adams qeyd edib ki, qızmar istilər şəhərdə hər il 500 nəfərin ölümünə səbəb olur.
Adams, “Bu həddindən artıq isti təkcə Nyu Yorklular üçün narahatedici və sıxıcı olmayacaq. Əgər buna bizim istədiyimiz anlayışla yanaşmasanız, bu, qəddar və təhlükəli olacaq” dedi.
Bu həftə Vaşinqton, Baltimor və Filadelfiya bölgələrində yüksək temperaturun pik həddə çatacağı və ümumilikdə 160 milyon insana təsir edəcəyi gözlənilir.
Digər tərəfdən, ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, “Andrea” tropik qasırğası Atlantik okeanında Azor adalarından 1940 kilometr qərbdə əmələ gəlib. Atlantik qasırğası mövsümünün ilk tropik fırtınası olan “Andrea”nın qısamüddətli olacağı gözlənilir.
Şayəstə Hüseynova


















