"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

08 Yanvar 2022 - 12:54
in SİYASƏT
FacebookVatsap

Bu gün Qazaxıstanda baş verən hadisələrin kökündə dayanan faktorlar barədə çoxsaylı mülahizələr irəli sürülür. Onların arasında gerçəkliyə uyğun olanları da var, olmayanları da…
Təbii ki, baş verənlərin ssenari müəlliflərinin və əttökən, simasız təbliğatçılarının nəzarətində olan informasiya resurslarının sayı çox olduğu üçün, qardaş ölkədə cərəyan edən hadisələrlə bağlı ucuz, bayağı və həqiqətə uyğun gəlməyən iddialar üstünlük təşkil edir.
Reallıq isə ondan ibarətdir ki, Qazaxıstanda quraşdırılmış geosiyasi “meydan tamaşası”nın ilkin kompazisiyasında yer alan remarka mətnlərinin bir hissəsi hələ 2014-cü ildə “yazılıb”. Və o zamandan etibarən Qazaxıstanla bağlı Rusiya mediasında “baş tutmayan dövlət”, “uğursuz idarəçilik” və s. bu kimi iddiaların körüklənməsinə, Qazax xalqının tarixi ilə alay edilməsinə başlanılıb. Halbuki təbii resursları Rusiyadan dəfələrlə az olan, dövlətçilik tarixində uzunmüddətli fasilə yaranan, düşünən beyinləri erməni-bolşevik quldur dəstələri və Moskvanın təyin etdiyi levon mirzoyanlar tərəfindən məhv edilən Qazaxıstan dövlət olaraq Rusiyadan daha çox “baş tutub” və daha çox uğur qazanıb.
Və şübhəsiz ki, bu uğur Qazaxıstanda biznes mühitinin yaxşılaşdırılmasına, milli burjuaziyanın formalaşmasına, Qazax xalqının milli identikliyinin, dilinin, tarixinin, mədəniyyətinin qorunması, inkişafı istiqamətində çoxsaylı uğurlu layihələrin həyata keçirilməsinə, təhsilin, dövlət idarəçiliyi sisteminin milliləşdirilməsinə, türk xalqlarının inteqrasiyasi istiqamətində ciddi siyasi iradənin sərgilənməsinə imkan yaradıb.
Qeyd edim ki, Rusiya mediasında Qazaxıstan əleyhinə təbliğatın əsası 2014-cü ildə qoyulub.
Nursultan Nazarbayevin Qazaxıstanın “Qazax eli” adlandırılması ilə bağlı təşəbbüsü və daha sonra Pavlador vilayətində 30-a yaxın küçə və prospektin adının milliləşdirilməsi ilə bağlı qəbul edilən qərar, nədənsə Rusiyada çox böyük narahatlıqla qarşılandı… Ən böyük narahatlıq, əslində 2014-cü ildə Qazaxıstanda keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının birdən-birə, həm də böyük bir sıçrayışla 4,2 dəfə böyüməsi, xarici investisiya axının güclənməsi Qazax Elinin Rusiyanın iqtisadi boyunduruğundan qopmasına imkan yaradacağı perspektivindən doğurdu və Moskvanın etiraf etmək istəmədiyi əndişənin də gerçək səbəbi elə bu amil idi. Və beləcə Qazaxıstanın ünvanına, həmçinin Rusiya mediasının, Kremlin saysız hesabsız təbliğatçıların, “tutuquşu” ekspertlərin “süfrəsinə” atılan ilk istiqamətləndirici atmaca-tezis də Prezident Putin tərəfindən və hansısa “təsadüfi” bir sualın qarşılığında “atıldı”. Rusiya Prezidentinin “qazaxların heç vaxt dövlətinin olmadığını” söyləməsiylə nifrət və aqressiya körükləyən təbliğat-təxribat maşınının işə düşməsi bir oldu.
Bütün bunlara baxmayaraq, 2015-ci ildə Qazaxıstan Ümümdaxili məhsulun (ÜDM) əhalinin alıcılıq qabiliyyəti üzrə adambaşına düşən hissəsinə görə Rusiyanı üstələdi. 2021-ci ildə isə, bütövlükdə ÜDM-in adambaşına düşən hissəsinin həcminə görə Rusiyaya yaxınlaşdı və Qazaxıstan iqtisadiyyatında baş verən sürətli oyanış 2022-ci ildə bu ölkənin bütün göstəricilər üzrə Rusiyanı üstələyəcəyinə işarə edirdi. Təbii ki, özünü süni mexanizmlərlə olsa da belə postsovet məkanında bütün dövlətlərdən üstün göstərməyə çalışan və “mən olmasam siz batarsınız” hikkəsiylə çıxış edən Moskva hələ də “əyalət” gözündə gördüyü Qazaxıstandan geridə qala biləcəyini həzm edə bilməzdi və etmədi də…
Son hadisələrə qədər Qazaxıstanın və Qazax xalqının ünvanına Rusiyadan səsləndirilən aşağılayıcı fikirlərin və ittihamların bir hissəsini dəyərli oxucuların diqqətinə təqdim etməklə, bu yazının əvvəlində vurğuladığım bir sıra məqamlara aydınlıq gətirmək istəyirəm. 2014-cü ildən başlayaraq, Qazaxıstana qarşı hansı iddialar irəli sürülürdü? Buyurun, tanış olun:

Vladimir Putin: “Qazaxıstan sözün bütün mənalarında rusdilli ölkədir”
Eyham aydındır. “Sözün bütün mənalarında rusdilli ölkə ifadəsi” əslində Rusiyanın əyaləti deməkdir və Rusiya prezidentinin bu sözlərlə “Qazax xalqının dövlətçiliyinin olmadığı” barədə daha öncə dilə gətirdiyi iddiasını tamamlamaq istədiyi gün kimi aydındır.
Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Nikonov: “Qazaxıstan, ümumiyyətlə yox idi. Şimali Qazaxıstanda da heç kim məskunlaşmamışdı”.
Vladimir Jirinovski: 300 il əvvəl Siz harda idiniz, Qazaxıstan? Siz yox idiniz, “cunqar tayfası” vardı. Yəni tayfa, “Cunqariya” ölkəsi yox idi”. Və yaxud “rus məkanı öz sərhədlərini bərpa edəcək və nizam-intizam yaradacaq”
Putin, Nikonov və Jironovskinin eyni mərkəzdə “istehsal” olunan mülahizələrini ümumiləşdirsək, belə anlaşılır: “Qazaxıstan adlı ölkə olmayıb. Qazaxıstanın şimalında, boş ərazilərdə isə ruslar məskunlaşıblar. Ən yaxşı halda Qazaxıstan, ən pis halda isə Qazaxıstanın şimal ərazisi ruslara məxsusdur və Rusiya “öz sərhədlərini bərpa edəcək”. Təhqir və aşağılayıcı ifadələri isə təkrarlamaq niyyətində deyiləm.
Baş verənlərin fonunda diqqət çəkən məqamlardan biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana müdaxiləsindən sonra Rusiya siyasətçilərinin ritorikasının bir qədər dəyişməsidir və həmin o Jirinovski də daxil olmaqla neoimperalist təfəkkürün “nifrət köpü(…)kləri” artıq öz niyyətlərinə çatdıqlarını bəyan edirlər.
Məsələn, Jirinovski “rusların Qazaxıstandan qovulduğunu, kazakların küncə sıxışdırıldığını” bildirir. Onun həmkarı, hakim “Vahid Rusiya” partiyasından olan deputat Biysultan Xamzayev isə Qazaxıstanın Rusiyaya birləşdirilməsi zərurətindən yazır. Sitat: “Mərkəzi Asiya Rusiya torpağıdır.
…Mən Qazaxıstanın öz tarixi vətəninə – Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun keçirilməsini dəstəkləyirəm”.
Jirinovski və Xamzayevin iddialarına Moskva və bütün Rusiyanın patriarxı Kirilin son mülahizlərini də əlavə etsək, Qazaxıstanda baş verənlərlə bağlı Rusiyanın siyası, dini və mədəni cameəsinin (sonuncuların bəsit, ikrah doğuran mülahizələrindən sitat gətirməyə ehtiyac duymadım-E.M) vahid bir plana uyğun davrandığının şahidi ola bilərik. Nə deyir Kiril? Deyir ki, “Rusiya provoslav kilsəsi Rusiyanın tarixi torpaqlarında baş verən münaqişələrə biganə qala bilməz”.
Qənaətimə görə, iqtibas gətirdiyim iddialarda yer alan ismarıcların əhəmiyyətli hissəsi Qazaxıstan hakimiyyətindən ölkənin de-fakto müstəqilliyinin itirilməsinə gətirib çıxaracaq güzəştlərə nail olmaq, bu baş vermədiyi təqdirdə isə “Krım ssenarisi”ni işə salmaq, Qazaxıstanın Rusiya ilə həmsərhəd olan şimal torpaqlarında – Şimali Qazaxıstan, Kostanay və Pavlador vilayətlərində qondarma referendum keçirməklə bu əraziləri Rusiyanın tərkibinə qatmaqdır. Xatırladım ki, Akmolay vilayəti və Nur-Sultan şəhəri “Şimali Qazaxıstan iqtisadi-coğrafi rayonuna daxil olsalar da, bu ərazilərdəki demokrafik vəziyyət və Rusiya ilə həmsərhəd olmamaları sözgedən vilayət və şəhərdə separatçı ssenarilərin işə salınmasına imkan vermir.
Düşünürəm ki, Qazaxıstanda baş verənlərlə bağlı bütün reallıqlar göz önündədir və “şeytanın gizləndiyi” detallara nəzər salmaqla prosesin nə zamandan və nə üçün başladıldığını müəyyənləşdirmək olar. Rusiyada neoimperializm özünün ən aqressiv mərhələsinə qədəm qoyub və söhbət təkcə Qazaxıstandan getmir. Yuxarıda təqdim etdiyim iqtibaslardan da göründüyü kimi, bütün Mərkəzi Asiya – tarixi və əzəli türk torpaqları hədəfə alınıb.
Qazaxıstanda 20 Yanvar hadisələrinin təkrarı yaşanır. Həm də daha aqressiv bir şəkildə… Baş verənlər vaxtilə SSRİ rəhbərliyinin və hərbi-sənaye kompleksinin həyata keçirdiyi qanlı cinayətlərin yenidən təkrarlana biləcəyi ehtimalını ortaya qoyur. Təbii ehtiyatlarına görə dünyanın ən zəngin ölkəsi sanksiyalar qarşısındakı çöküşdən xilas yolunu, ənənəsinə uyğun olaraq, yeni münaqişələr yaratmaqda, xalqlarının rifahı üçün çalışan, müstəqil siyasət yürüdən, yaxud yürütməyə meylli olan, “ayaqları” üzərində möhkəm dayanan, milli inkişaf yolu seçən dövlətləri “öz gününə” salmaqda, əzməkdə, parçalamaqda görür. Bu, Rusiyanın son 200 il ərzində dəyişməyən siyasətinin gerçək üzüdür. Rusiya cəmiyyəti onu dəyişməyə çağıran, naqisliklərini açıb göstərən Solovyovdan, Berdyayevdən üzü bu yana “mən niyə pis yaşayıram” sualına cavab tapmaq istəmir. O hələ də “başqası niyə yaxşı yaşayır” sualıyla hərəkət edərək, bütün ətrafını Dobçinski və Bobçinskilərin xəstə təfəkkürünün girovuna çevirmək niyyətindədir. Və təəssüf ki, bütün bunları görməzədən gələnlər, yaxud “bəlkə də qaytardılar” deyib köləliyin xiffətini çəkən, siyasi iddialarını dövlətinin müstəqilliyindən, xalqının azadlığından üstün tutan “siyasi təpəgözlər” anlamaq iqtidarında deyillər.
Amma tarixin yalnız başqaları üçün təkrarlanacağını düşünənlər kökündən səhv edirlər. Bu baxımdan, ətrafa kin püskürənlərin SSRİ-nin taleyini xatırlamaları onlara daha çox fayda verərdi…
Qazax xalqı isə heç bir halda öz müstəqilliyindən imtina etməyəcək. Türk dünyası heç bir hikkənin və xəstə iddiaların qarşısında əyilməyəcək və hədəflərindən geri çəkilməyəcək. Bu həqiqəti və müasir dünyanın reallıqlarını gözünü qan örtənlər nə qədər tez başa düşərlərsə, bir o qədər də yaxşı olar.

Bunu da oxuyun

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Elçin Mirzəbəyli

Previous Post

Qazax xalqı heç vaxt öz müstəqilliyindən imtina etməyəcək

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bənzər yazılar

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər. APA-nın Qarabağa ezam edilmiş...

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib....

Next Post
Neftin qiyməti bahalaşır

Azərbaycan nefti cüzi ucuzlaşıb

Neftin qiyməti bahalaşır

Azərbaycan nefti cüzi ucuzlaşıb

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.