Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Elchi.az-ın məlumatına görə, əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gəliblər.
Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
Məğlub olan “Neftçi”nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.
61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı “Sabah” artıq əlçatmazdır. Lider “Qarabağ” isə xallarının sayını 81-ə yüksəldib.
Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında “Sumqayıt” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Zirə”ni (3:1) səfərdə, “Sabah” “Şamaxı”nı (1:0), “Qəbələ” isə “Səbail”i (4:2) evdə məğlub edib.
“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq
Bu gün qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Elchi.az xəbər verir ki, Azərbaycan çempionu III...





















Son şərhlər