Avropa Komissiyası Avropa İttifaqının iqtisadiyyatının sürətləndirilmiş hərbiləşdirilməsinə dair sənədlər paketi hazırlayır. Elchi.az xəbər verir ki, Brüsseldəki diplomatik mənbənin TASS-a verdiyi məlumata görə, Aİ yaxın gələcəkdə silah istehsalını yaşıl enerji ilə yanaşı iqtisadi inkişafın prioritet sahələrindən birinə çevirmək niyyətindədir.
Çərşənbə günü AK artilleriya sursatlarının və raketlərin istehsalının genişləndirilməsi təşəbbüsü ilə çıxış edəcək və bu təşəbbüsə Aİ qurumları və icma ölkələri 1,5 milyard avro sərmayə qoyacaqlar. Agentliyin həmsöhbətinin vurğuladığı kimi, hazırda istisnalar yalnız yaşıl enerji ilə bağlı layihələrə verilə bilər.
Mayın 2-də məlum olub ki, Avropa İttifaqı Avropada sursat istehsalını genişləndirmək üçün 500 milyon avro ayıracaq. müvafiq qanun çərşənbə günü, mayın 3-də təklif ediləcək.
Havar Şəfiyeva