Anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatına qarşı daha effektiv işləyir. Bundestaqın iqlimin qorunması və energetika komitəsinin rəhbəri Klaus Ernst “İzvestiya”ya müsahibəsində məhdudlaşdırıcı tədbirlərin gözlənilməz nəticələrindən danışıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2023-cü ildə Rusiyada iqtisadi inkişaf səviyyəsi Almaniyadan daha yüksək olacaq”, – deyə siyasətçi qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, hazırda Almaniya da müəyyən sahələrin sənayesizləşdirilməsi problemi ilə üzləşib.
Havar Şəfiyeva