"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qarabağdakı qanlı döyüşlərdə “rus barmağı” – müharibə ən çox kimə sərf edir?

05 Aprel 2016 - 09:16
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Qarabağdakı qanlı döyüşlərdə “rus barmağı” – müharibə ən çox kimə sərf edir?Kremlin gözləmə mövqeyi tutmasının pərdəarxası; prezident Ərdoğandan fərqli olaraq, Putin niyə azərbaycanlı həmkarına zəng vurmadı?..

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də başlayan hərbi eskalasiya Azərbaycanın birtərəfli qaydada atəşkəs elan eləməsinə baxmayaraq davam edir. İşğalçı Ermənistanın təxribatlarını cavablandırmaq zorunda qalan şanlı ordumuz düşmənin ikiqat-üçqat cavabını verir. 
Bu da təbidir, çünki Azərbaycan əsgəri, hərbçisi öz ərazisində vuruşur, öz torpağı uğrunda savaşır və xalq da öz ordusunun arxasındadır. Burası dəqiqdir. Ən önəmlisi də zatən, budur. Dəqiq olan həm də qardaş Türkiyə və nüvə Pakistanı başda olmaqla, bizə müttəfiq dövlətlərin mövqeyidir.
Rusiya də gözlənildiyi kimi, öz ənənəvi mövqeyi və ampluasındadır. Yəni özünü bizə guya tərəfdaş kimi göstərməyə çalışsa da, dost-müttəfiq mövqeyində deyil. Bu harasıdır, yeni genişmiqyaslı əməliyyatlarda “rus barmağı”nın izi qalır və getdikcə daha qabarıq şəkildə görünməkdədir – rəsmi Kreml tərəfləri atəşkəsi dayandırmağa çağırsa da.
***
Yeri gəlmişkən, dünən prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bir daha bu çağırışla Azərbaycan və Ermənistana müraciət edib. “Bilirsiniz ki, həm Rusiya xətti, həm də Bakı və İrəvan xətti və müvafiq beynəlxalq institutların xətti ilə səylər göstərilir. Bu səylər ilk növbədə atəşkəs rejiminə qayıdış təmin olunanadək davam etdiriləcək” – deyib Peskov. Lakin Kreml rəsmisi münaqişə tərəflərinə əvvəllər imzalanmış müqavilələr əsasında silah verilib-verilməməsi məsələsini şərh etməkdən yayınıb.
Elə Rusiyanın yeni Qarabağ savaşında bir marağı da yeni silahlarını Qarabağda sınaqdan çıxarmaq və Azərbaycan və Ermənistana silah satışının davamı üçün fürsət əldə eləməkdir – hərgah, müəyyən məqama kimi. Çünki müharibənin geniş miqyasda alovlanması Moskvaya əslində əl vermir, nədən ki, Türkiyənin və özünün müdaxilə riski yaranır. Bu isə hazırda münasibətləri normallaşdırmağa meylli olan Moskva və Ankaranın cari maraqlarına cavab vermir.
Söz düşmüşkən, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov “müharibədə məhz Türkiyənin marağı olması haqda” suala cavab verərkən deyib ki, bunu istisna edir.
Moskva üçün ən ideal variant (uduş) isə zəruri bildiyi anda hərbi əməliyyatları dayandırıb, Putinin “baş arbitrliyi” ilə növbəti Əliyev-Sərkisyan görüşünü təşkil eləmək, bununla da məsələnin həllində Kremlin dominant rolunu bir daha dünyaya nümayiş etdirməklə Qarabağ zonasına sülhməramlı qüvvələr adı ilə öz hərbi kontingentini yerləşdirməkdir.
Bununla da faktiki şəkildə rus ordusu Güney Qafqazın üçüncü və həlledici ölkəsinə – Azərbaycana qayıtmış olacaq. Bunun ardınca Qarabağ məsələsi birmənalı şəkildə Kremlin nəzarətinə keçməklə bərabər, Qərbin iştirakı ilə həyata keçmiş və ya keçməkdə olan iri iqtisadi-kommunikasiya, energetik layihələrə real təhlükə yaranmış olacaq. Söhbət öncəliklə inşası sürətlənən və “Türk axını”na rəqib sayılan Cənub Qaz Dəhlizi qaz kəmərinə təhlükələrdən gedir. Azərbaycanla birgə onun “Qərb qapısı” sayılan Gürcüstana təhlükə də öz yerində.
***
 
Bax, elə ona görə də ermənin yiyəsi olan Kremlin gözləmə mövqeyində dayanması narahatlıq doğurmaya bilməz. Bu xüsusda daha bir fakt: məlumdur ki, Qarabağda davam edən irimiqyaslı döyüş əməliyyatları beynəlxalq medianın da əsas mövzusudur. Rusiya KİV-ləri də baş verənləri geniş işıqlandırır. Lakin əksər onlar, xüsusən də Kremlə bağlı KİV-lər – “Rossia Today”, “Sputnik”, “Lifenews” və digərləri hərbi əməliyyatların gedişinə və cəbhədə baş verənlərə dair reportajlarına birmənalı şəkildə ermənilərin mövqeyindən təqdim və təbliğ edir.
Hətta “Lifenews” telekanalının bazar günü yaydığı reportajlarda Tərtər sakinlərinin dedikləri kobud şəkildə təhrif edilib (virtualaz.org) Rusiya xüsusi xidmət orqanlarına bağlı olan bu telekanalın reportyorları təmas xəttinin hər iki tərəfində olublar. Ağdərədən hazırlanan reportajda “Azərbaycan ordusunun erməni kəndlərini necə dağıtmasından və mülki şəxsləri öldürməsindən”, habelə erməni silahlı qüvvələrinin “şücaətindən” bəhs olunub.
 
Təmas xəttinin digər tərəfindən – Tərtərdən hazırlanan reportajda isə rayon mərkəzindən kadrlar efirə verilib, təmas xəttinə yaxın kəndlərin sakinlərinin evlərini tərk edib guya gecəni maşınlarında keçirdiyi bildirilib. Daha sonra sakinlərdən birinə mikrofon uzadan rusiyalı jurnalist onun Azərbaycan dilində dediklərini rus dilində diametral şəkildə fərqli, ermənilərin maraqlarına uyğun çatdırıb…
Bu kimi faktlar son eskalasiyada “rus barmağı”na bir daha şəhadət verir. Onu da əlavə edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan fərqli olaraq, onun rusiyalı həmkarı Putun aprelin 2-dən sonra prezident İlham Əliyevə zəng vurmayıb. Amma lazım gələndə bir gündə iki dəfə telefon açırdı…
Previous Post

Qarabağdakı qanlı döyüşlərdə “rus barmağı” – müharibə ən çox kimə sərf edir?

Next Post

Cəbhədə gərgin gecə: – düşmənin artilleriya zərbələrinə cavab verillib

Bənzər yazılar

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış Məkkə Sazişi qarşılıqlı müdafiə prinsipinə əsaslanır. Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti...

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49

Hamı danışır. Bəs kim dinləyir? "Bilən çox danışmır. Çox danışan çox vaxt çox bilmir." — Lao Tszi Bir dəfə qəbuluma...

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

Next Post

Cəbhədə gərgin gecə: - düşmənin artilleriya zərbələrinə cavab verillib

Cəbhədə gərgin gecə: - düşmənin artilleriya zərbələrinə cavab verillib

Son xəbərlər

Azərbaycanın xaricə satdığı qazın həcmi bəlli oldu

Azərbaycanın xaricə satdığı qazın həcmi bəlli oldu

17 Avqust 2026 - 16:18
Azərbaycanın ən çox ticarət reallaşdırdığı ölkələr məlum oldu – TOP 5

Azərbaycanın ən çox ticarət reallaşdırdığı ölkələr məlum oldu – TOP 5

17 Avqust 2026 - 16:12
Çindən Yaponiyaya mühüm ÇAĞIRIŞ

Çindən Yaponiyaya mühüm ÇAĞIRIŞ

17 Avqust 2026 - 16:00
AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

AZAL Atırauya ilk reysini həyata keçirib – FOTO

17 Avqust 2026 - 15:52
Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

Azərbaycanda 6 tondan çox narkotik müsadirə edildi

17 Avqust 2026 - 15:48
Məmurların adından istifadə edən dələduzlar saxlanıldı – ADLAR

Məmurların adından istifadə edən dələduzlar saxlanıldı – ADLAR

17 Avqust 2026 - 15:39
Bakının mərkəzində meydana Şevçenkonun adı verildi

Bakının mərkəzində meydana Şevçenkonun adı verildi

17 Avqust 2026 - 15:28
Pezeşkianla Xameneinin görüntüləri yayıldı – (Video)

Pezeşkianla Xameneinin görüntüləri yayıldı – (Video)

17 Avqust 2026 - 15:13
Aİ Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini hazırlayır

Aİ Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini hazırlayır

17 Avqust 2026 - 15:00
Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

Azərbaycanla bağlı sevindirici göstərici – Dünyada 15-ciyik!

17 Avqust 2026 - 14:53
Bu gün “Qarabağ”ın matçı var

Bu gün “Qarabağ”ın matçı var

17 Avqust 2026 - 14:44
Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

17 Avqust 2026 - 14:30
DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

DİN əməliyyat keçirib, saxta profillərlə kiberdələduzluq edən 8 nəfər saxlanılıb – VİDEO

17 Avqust 2026 - 14:14
“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

“Bu üç ölkədən birinə hücum edilərsə…” – Ərdoğan

17 Avqust 2026 - 14:00
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

17 Avqust 2026 - 13:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.