"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Qarabağ və Şərqi Zəngəzurda icra olunan yol layihələrinin vəziyyəti açıqlanıb – VİDEO

16 Mart 2022 - 11:50
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Mərkəzi Bankın inflyasiya proqnozu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri vəziyyətini açıqlayıb.

AAYDA-dan verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 15-dən çox yol layihəsi icra olunur.

1. Füzuli – Hadrut avtomobil yolu

– texniki göstəricilər: 12 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

– görülən işlər: torpaq işləri 42%, yol geyimi 23%, boru və keçidlərin tikintisi 21% icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib.

– işlərin başa çatdırılması: 2022-ci il.

2. Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu

– texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

– görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir.

– işlərin başa çatdırılması: 2022-ci il.

3. Bərdə – Ağdam avtomobil yolu

– texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

– görülən işlər: torpaq işləri 57%, yol geyimi 19%, boru və keçidlərin tikintisi işləri 45%, körpülərin tikintisi 93% icra olunub.

– işlərin başa çatdırılması: 2022-ci il.

4. Qubadlı – Eyvazlı avtomobil yolu

– texniki göstəricilər: 28.5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

– görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

– işlərin başa çatdırılması: 2022-ci il.

5. Qubadlı – Mahmudlu – Yazdüzü – Ermənistan sərhədi avtomobil yolu

– texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

– görülən işlər: yolun layihələndirməsi işləri aparılır.

– işlərin başa çatdırılması: 2022-ci il

6. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

– texniki göstəricilər: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

– görülən işlər: yollarda torpaq işləri 83%, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub.

– işlərin başa çatdırılması: 2022-ci il.

7. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi

– texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı.

– görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə parallel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir.

– işlərin başa çatdırılması: 2022-ci il.

8. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi

– görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür

– işlərin başa çatdırılması: 2022-ci il

9. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

– texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

– görülən işlər: Yolun ilk 8.5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.

– işlərin başa çatdırılması: 2022-ci il.

10. Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

– texniki göstəricilər: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

– görülən işlər: Qubadlı – Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 25%, körpülərin tikintisi 24%, istinad divarlarının tikintisi 22% icra olunub.

– işlərin başa çatdırılması: 2023-cü il.

11. Şükürbəyli – Cəbrayıl – Hadrut avtomobil

– texniki göstəricilər: 39.7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

– görülən işlər: torpaq işləri 58%, yol geyimi 17%, boru və keçidlərin tikintisi 64%, körpülərin tikintisi 56% icra olunub.

– işlərin başa çatdırılması: 2023-ci il.

12. Ağdam – Füzuli avtomobil yolunun tikintisi

– texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

– görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3% icra olunub.

– işlərin başa çatdırılması: 2023-cü il.

13. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

– texniki göstəricilər: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.

– görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.

– işlərin başa çatdırılması: 2024-cü il.

14. Əhmədbəyli – Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yeni avtomobil yolu

– texniki göstəricilər: 123.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

– görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 48% icra olunub.

– işlərin başa çatdırılması: 2024-cü il.

15. Kəlbəcər – Laçın avtomobil yolu

– texniki göstəricilər: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9.8 km.

– görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir.

– işlərin başa çatdırılması: 2025-ci il.

16. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

– texniki göstəricilər: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli – 11.6 km; tunel 1 – 6.3 km.

– görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8.5-8.7 və 12.8-13.5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26.5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb.

– işlərin başa çatdırılması: 2026-cı il.

Previous Post

Qarabağ və Şərqi Zəngəzurda icra olunan yol layihələrinin vəziyyəti açıqlanıb – VİDEO

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Bənzər yazılar

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sahələrində ixtisaslaşmış "Karadeniz Holding"nin İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüşüb....

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb

23 Sentyabr 2026 - 15:30

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 milyon ABŞ dolları təşkil edib. Elchi.az...

Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb. Elchi.az xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında...

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

23 Sentyabr 2026 - 12:04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib. ADSEA-dan Elchi.az-a...

Next Post
Neftin qiyməti azalıb

Azərbaycan nefti ucuzlaşıb

Neftin qiyməti azalıb

Azərbaycan nefti ucuzlaşıb

Son xəbərlər

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

23 Sentyabr 2026 - 18:11
Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

23 Sentyabr 2026 - 18:04
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

23 Sentyabr 2026 - 17:59
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr 2026 - 17:47
Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.