"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qarabağ üçün üç həll ssenarisi – üç ilginc model

22 Noyabr 2016 - 09:10
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Qarabağ üçün üç həll ssenarisi – üç ilginc model  Konflikt Azərbaycanla Ermənistanın öhdəsinə buraxılır?; Tanınmış alman siyasi analitikinə görə, ABŞ-ın yeni prezidenti dönəmində bu variantlardan hər biri şanslı ola bilər, çünki…; professor Furman: “Münaqişə Minsk Qrupu çərçivəsindən kənarda həllini tapacaq”

 
Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın indiki prezidenti Barak Obamanın hakimiyyəti dövründə də həllini tapmadı. Əksinə, haradasa daha qəliz duruma salındı və böyük müharibə ehtimalı artdı. Bu da rəsmi Vaşinqtonun məsələyə ciddi diqqət ayırmaması ilə birbaşa bağlı idi. Təkcə bu faktı qeyd eləmək yetər ki, ötən 8 ildə Obama bir dəfə də olsun, ABŞ-da Qarabağa görə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil eləmədi.
Qarabağ nizamlanmasına ümidlər indi də yeni prezident Donald Trampın dönəminə bağlanıb. Lakin nəzərə alsaq ki, məsələdə Rusiya ən böyük təsir imkanlara, rıçaqlara malikdir, o zaman Vaşinqton-Moskva münasibətlərinin xarakterinin Dağlıq Qarabağ ətrafındakı situasiyaya da təsirsiz ötüşməyəcəyi şəksizdir. Bəs təsirlər necə olacaq? Bu yöndə hələ ki yalnız nüfuzlu təhlilçilərin təxmin və ehtimalları var.
***
Məsələn, tanınmış alman politoloqu, professor Vilfrid Furman “Vestnik Kavkaza” nəşrinə şərhində Donald Trampın prezidentliyi dönəmində Güney Qafqaz regionunun üzləşə biləcəyi, daha doğrusu, Qarabağla bağlı üç mümkün ssenarini təsvir edib. Bu zaman o, öncədən qeyd edir ki, öz proqnozlarında amerikalı prezidentin tipik respublikaçı prezident kimi yox, heç olmasa, Rusiya ilə məhdud və fundamental konsensus tapmağa çalışan prezident olacağından çıxış edərək həmin variantları irəli sürüb.
 
Ekspert mövcud etimad əlaqələrindən çıxış edərək, Türkiyə, Rusiya və İranın Qafqazdakı müasir sərhədlərini qarşılıqlı zəmanətli hesab edir. “Bununla da Cənubi Qafqaz zahirdən, coğrafi baxımdan artıq dairəyə alınıb, cızılıb. Yəni regionun üç böyük dövlətinin (Türkiyə, Rusiya, İran) mümkün ekspansionist planları fundamentdən məhrum kimi görünür. Lakin bu təhlükəni tam istisna eləmək də olmaz” – analitik qeyd edir.
 
Image result for Kreml
Onun sözlərinə görə, əgər Rusiya bundan sonra da erməni sərhədlərinin qarantı olmaqda davam eləsə, o zaman ABŞ da Gürcüstanın hazırkı sərhədlərinin qarantı kimi çıxış edəcək: “İstisna deyil ki, ”etnik təmizləmələr” olacağı halda hər iki qarant dövlət birgə şəkildə müdaxilə edəcək və bununla da tərəflərdən hər birinin “rezident hüququ”na zəmanət verəcək. Bu, hər iki dövlətin maraq və aktivlərinin qəbul edilmiş qarşılıqlı qorunmasıdır”.
Lakin professor hesab edir ki, Cənubi Qafqazın “sanitar dəhlizə” çevrilməsi üçün ilk növbədə Dağlıq Qarabağ konflikti həll olunmalıdır. Alman politoloqun fikrincə, bu münaqişə yəqin ki, ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, həmin çərçivədən kənarda həllini tapacaq. Furman bununla bağlı bəzi mümkün ssenariləri təsvir edib – hansılar ki, mövcud “nə hərb, nə də sülh” vəziyyətindəki bəzi “tabu”ların sindırılması anlamına da gələ bilər.
***

Image result for Vilfrid Furman


Həmin ssenarilər aşağıdakılardır:   

“Birinci ssenari: hər iki dünya dövləti – Rusiya və ABŞ Güney Qafqazın üç respublikasının indiki sərhədlərini tanıyır və işğal altındakı Dağlıq Qarabağ və ətraf 7 rayonla bağlı danışıqlar prosesini, mümkün hərbi aksiyalar da daxil, müstəsna olaraq Azərbaycan və Ermənistanın öhdəsinə buraxır. Bu, heç də avtomatik şəkildə məsələnin hərbi həlli demək deyil. Ancaq hətta məhdud şəkildə də olsa, hərbi aksiya Ermənistan tərəfindən hazırda müşahidə olunan güzəştlərdən total imtina mövqeyini önləyə bilər.
Image result for Qarabağ
İkinci ssenari: hər iki dövlət konfliktdən ötən 20 ili nəzərə almaqla və bu müddətdə doğulanlar üçün insan haqlarını və mülk hüququnu saxlamaqla, Dağlıq Qarabağın və mümkündür ki, işğal altındakı digər Azərbaycan ərazilərinin “bölünməsi” konsepsiyasını hazırlayır. Rusiya və ABŞ bu ssenari zamanı Azərbaycanla Ermənistan arasında yeni sərhədlərdə təkid edir və onlar arasında danışıqların moderatoru kimi çıxış edir. Bu halda “Qordi düyünü” müharibənin formalaşdırdığı indiki sərhədlər nə vaxtsa beynəlxalq hüquq baxımından tanınmadan, faktiki surətdə kəsilmiş olacaq.
Üçüncü ssenari: işlək Güney Qafqaz federasiyasının yaradılmasında təkid eləmək. Mövcud tarixi təcrübə və indiki gərgin situasiya nəzərə alınarsa, bu, çətin ki, mümkün görünsün. Lakin mümkün həll yolu kimi neytral federasiya ola bilər – hər üç ölkənin vətəndaşlarının sərbəst yaşaması və yerdəyişmə hüququ daxil, birgə polis qüvvələri ilə birgə. O halda Rusiya və ABŞ federasiyanın daxili – dövlətlərarası deyil, xarici sərhədlərinin qarantı qismində çıxış edə bilərdi. Bütün Dağlıq Qarabağ konflikti zonası da həmin federasiya daxilində ayrıca vahid olardı – özünün kvotalanmış strukturu ilə (məsələn, ermənilər və azərbaycanlılar ayrı-ayrılıqda parlamentdəki yerlərin, nazir portfellərinin, həmçinin də polis qüvvələri və idarə orqanlarının 50%-ni alır). Belə olan halda bütöv Cənubi Qafqazın iqtisadi inkişafı üçün çoxlu sərbəst resurslar da üzə çıxmış olacaq”.
Image result for Aprel döyüşləri
Politoloq etiraf edir ki, bu variantların heç biri münaqişə tərəflərini tam mənada qane etməyə bilər: “Belə bir şeyi təsəvvür eləmək əlbəttə ki, çətindir. Təqdim edilənlər sırf mümkün kompromis ”qərarlar konsepsiyası”dır. Ancaq konfliktin aktual durumu, hər dəfə alovlanan hərbi toqquşmalar zamanı baş verən ölümlər, yaralanmalar, habelə yurd yerindən qovulan insanların yaşı və gənc nəsil üçün həyati şansların olduqca məhdudluğu nəzərə alınarsa, humanitar nöqteyi-nəzərdən təcili dəyişikliklərə ehtiyac var. Bu variantlar istənilən halda hazırkı natamam situasiya fonunda şanslı görünür”.
Alman siyasi analitik hər üç ssenarinin ən böyük müsbət üstünlüyünü bunda görür ki, həmin variantlar regionda hadisələrin ərəb ölkələrindəki kimi cərəyan etməsini istisna edir. “Dünya o zaman daha sabit olacaq, ABŞ isə diqqəti daha çox öz daxili inkişafına yönəldə biləcək”, – deyə ekspert sonda əminliklə qeyd edib.
Alman politoloqun irəli sürdüyü mümkün ssenarilərdə təbii ki, rasional rüşeymlər var. Lakin çox şey yəqin ki, yenə Rusiyanın konfliktə yanaşmasından asılı olacaq. Bu yanaşma isə həm Moskvanın bölgədəki hərbi-siyasi dayaqlarının qarşıdakı illərdə necə olacağından, həm də və əlbəttə ki, ABŞ-Rusiya münasibətlərinin xarakterindən asılı olacaq.
Previous Post

Qarabağ üçün üç həll ssenarisi – üç ilginc model

Next Post

Ayaz Mütəllibov 20 noyabr faciəsi barədə sensasion açıqlamalar verdi

Bənzər yazılar

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00

"Ukrayna müharibəni Rusiyaya uduzmur, lakin onun tezliklə başa çatmasını müdafiə edir. Axı bu münaqişə ən qiymətli şeyə – insan həyatına...

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Next Post

Ayaz Mütəllibov 20 noyabr faciəsi barədə sensasion açıqlamalar verdi

Ayaz Mütəllibov 20 noyabr faciəsi barədə sensasion açıqlamalar verdi

Son xəbərlər

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23
İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15
İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

21 Oktyabr 2026 - 17:05
Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

21 Oktyabr 2026 - 17:03
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

21 Oktyabr 2026 - 16:55
Ukrayna Milli Bankının rəhbəri istefa verib

Ukrayna Milli Bankının rəhbəri istefa verib

21 Oktyabr 2026 - 16:48
Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

21 Oktyabr 2026 - 16:35
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27
“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

21 Oktyabr 2026 - 16:20
Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

21 Oktyabr 2026 - 16:12
Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

21 Oktyabr 2026 - 16:04
Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

Almaniya Rusiyadan qaz idxalını bərpa etməyə ÇAĞIRIR

21 Oktyabr 2026 - 16:00
Tramp fermerlərə kömək edəcək

Tramp fermerlərə kömək edəcək

21 Oktyabr 2026 - 15:51
“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

“Putin, Si Cinpin və Tramp arasında görüş mümkündür” – Peskov

21 Oktyabr 2026 - 15:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.