“Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırıq” – AŞPA

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

“Mənim Dağlıq Qarabağ münaqişəsinə münasibətim Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi ilə üst-üstə düşür. AŞPA, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə BMT-nin, ATƏT-in Minks qrupunun roluna hörmətlə yanaşır”.

Elchi.az xəbər verir ki, bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında AŞPA-nın yeni prezidenti Mikele Nikoletti bildirib.

O qeyd edib ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən fəaliyyəti dəstəkləməyə hazırdır: “Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümüd edirəm”.

M.Nikoletti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinə də toxunub. O vurğulayıb ki, azərbaycanlı deputatlar Parlament Assambleyası çərçivəsində yüksək fəallıq nümayiş etdirirlər: “AŞPA üçün hesabatların hazırlanmasında Azərbaycanın nümayəndə heyətinin üzvləri çox aktiv fəaliyyət göstərirlər və mən onların hesabatlarını çox qiymətləndirirəm. Biz Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sıx qarşılıqlı dialoq şəklində fəaliyyət göstəririk”.

Bənzər yazılar

Next Post

Son xəbərlər