“Qarabağ” azarkeşləri meydana məşəl atdılar

Azərbaycan Kubokunun final oyunda azarkeşlər meydana yad əşya atıblar.
Elchi.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən “Qarabağ”-“Sabah” matçında Ağdam təmsilçisinin tərəfdarları meydançaya məşəl tullayıblar.
Məşəli "Sabah"ın qapıçısı Stas Pokatilov yerdən götürərək, meydandan kənara göndərib.
Qeyd edək ki, hazırda qarşılaşma 2-2 hesabı ilə davam edir.