ABŞ Prezidenti Donald Tramp Qəzzada Sülh Komitəsinin HƏMAS və digər bütün silahlı qrupların tamamilə tərksilah edilməsi üçün tarixi bir razılığa gəldiyini açıqladı.
Elchi.az xəbər verir ki, Prezident Tramp sosial media hesabında Sülh Komitəsinin bu gün vacib bir razılığa gəldiyini açıqladı.
Tramp bildirib ki, “Sülh Komitəsi bu gün HƏMAS və Qəzzada olan bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi ilə bağlı tarixi bir razılığa gəldi”.
Qəzzada soyqırım törədən İsrailin geri çəkilməsi ilə bağlı Tramp qeyd edib:
“Tərksilah tamamlandıqca, İsrail qüvvələri geri çəkiləcək və Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzanın sakinlərinin və qonşularının təhlükəsizliyini təmin etmək üçün yeni bir Fələstin polis qüvvəsi ilə işləyəcək”.
Şayəstə





















