İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu Yaxın Şərqdə gərginliyin artmasını ilk dəfə deyil ki, təhrik edir.
Elchi.az xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrail hərbçilərinin Livandakı əməliyyatlarını pisləyərək bəyan edib.
“Təəssüf ki, bu, Netanyahunun regionda eskalasiyanı təhrik etdiyi ilk hal deyil”, — deyə o, “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Qətər hökumətinin başçısı “atəşkəs dövründə bir neçə gün ərzində İsrail tərəfindən 100-ə yaxın livanlının öldürülməsini” qəbuledilməz adlandırıb. O vurğulayıb ki, “Livan torpaqlarının davam edən işğalına son qoyulmalı, Livanın suverenliyinə hörmət edilməlidir”. Bununla yanaşı, Baş nazir qeyd edib ki, Vaşinqton “İsrailin Livandakı hərəkətlərinə münasibətdə düzgün rol oynayır”.
Məryəm





















