Neçə vaxtdır davam edən dağıdıcı daşqınlar nəticəsində Nepalda həlak olanların sayı 1 287 nəfərə yüksəlib.
Elchi.az xəbər verir ki, bu barədə cümə günü Nepalın Fəlakət Riskini Azaltma üzrə Milli İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, qurbanların əksəriyyəti Çitvan, Şərqi Navalparasi və Qərbi Navalparasi rayonlarının payına düşür — müvafiq olaraq 359, 219 və 212 ölü.
İndiyədək xilasetmə xidmətləri 13 mindən çox insanı xilas edib. xüsusilə Rasuva və Nuvakot rayonlarında (müvafiq olaraq təxminən 2130 və 2340 nəfər) olmaqla, 5 mindən çox insan hələ də itkin düşmüş hesab olunur. İtkin düşənlər arasında 583 xarici vətəndaş da var.
Fəlakət zonalarında axtarış-xilasetmə əməliyyatlarına 21 mindən çox təhlükəsizlik qüvvələri əməkdaşı cəlb edilib.
Məryəm





















