"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qədərincə azərbaycanlı, qədərincə təşkilat, amma…- MOSKVA QEYDLƏRİ

17 May 2016 - 14:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Payız bir də gəlməyəcək – ELEGİYA

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Qədərincə azərbaycanlı, qədərincə təşkilat, amma...- MOSKVA QEYDLƏRİ

Və ya döyüş günlərində poeziya buketi…
“Moskva nəinki göz yaşlarına inanmır, hələ vurub adamın gözünü də çıxarar; əgər özünü adam balası kimi aparmasan”.
Bunu Moskvadakı dostlarımızdan biri deyir. İllərdi bu azman şəhərdə ticarətlə məşğul olur dostumuz. Və illərdi ki, özünü “adam balası” kimi apardığından, “Şükür Allaha, nə miqrasiya ilə problemim var, nə polislə” deyir.
“Özünü adam kimi aparmaq” bu böyük şəhərdə ilk şərtdir. Bəlkə də yeganə şərtdir.
Səndən nə tələb edirlər ki? Yaşadığın ünvanda qeydiyyatda ol, işləmək üçün iznin olsun, metroya girəndə turniketdən tullanma, xuliqanlıq eləmə, narkotikə baş qoşma. İçmək?  Səudiyyə Ərəbistanı deyil ki?
Qədərində iç də…
***
Əslində statistikaya görə, ruslardan sonra ən çox azərbaycanlılar yaşayır Moskvada.
Yəni qədərincə.
Bütün Qafqaz xalqları və orta asiyalılar kimi dükan-bazarlarda məskunlaşmışıq. Amma ermənilərdən, gürcülərdən, orta asiyalılardan fərqimiz ondadır ki, bizimkilər bazarlarda hakim mövqedədir. Və indinin özündə belə bu mövqeni əldən vermirik. Baxmayaraq ki, Moskva bazarlarının bir çoxu bağlanıb, hipermarketlər klassik bazarları vurub sıradan çıxarıb, amma yenə də ordayıq. Sonuncu bazar qalana qədər də orada olacağıq, deyəsən.
Amma yenə də bədnam və dost qonşularımızdan, orta asiyalılardan fərqli olaraq, azərbaycanlıların adı həm də “Forbes”in siyahısında çəkilir. Bu siyahıda – adlarını çəkdik-çəkmədik özünüz tanıyırsınız – bir neçə azərbaycanlının adı var.
Yəni qədərincə.
 
 
Paytaxtda bir neçə diaspor qurumumuz fəaliyyət göstərir. Rusiyanın bütün subyektlərində nümayəndəliyi olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK), başı qalmaqaldan ayrılmayan “Azerros”, Moskvada yaşayan ədəbiyyat, sənət adamlarını özündə birləşdirən “Şəhriyar” Ədəbi Məclisi, nə işlə məşğul olduğu bilinməyən və bazarda ofisi tutmuş Moskva Azərbaycan Cəmiyyəti, “Ocaq” və s. və i.a. İrili-xırdalı çoxdurlar.
Biri Diaspora Komitəsini qəbul eləmir, biri səfirliyi. Parakəndə fəaliyyətin nəticəsidir ki, Moskvada Azərbaycan adına olanları da itiririk . Məsələn, “Bakı” kinoteatrını. Azərbaycana, azərbaycanlılara bağlı o boyda mədəniyyət obyektini əlimizdən alırlar.  Yeri gəlmişkən, bu dəfə yadımdan çıxdı, gələn dəfə gərək gedim baxım, görəsən Nizaminin heykəlinin zədələnmiş hissəsi necə, bərpa olundumu? Azərbaycan adına bircə heykəlimiz var o boyda şəhərdə…
 
***
Bəs qədərincə azərbaycanlının və azərbaycanlı milyonçunun yaşadığı və qədərincə diaspora qurumunun olduğu bir şəhərdə nədən…ermənilər 110 min tirajla qəzet çıxara bilir, amma bizim bircə normal qəzetimiz də yoxdur. Alışov qardaşlarını tanıyırdım, öz xərcləri hesabına “Millətin səsi” qəzetini çıxarırdılar. Kömək üçün müraciət eləmədikləri yer qalmamışdı. Kömək üçün müraciət etdiklərindən birini tanıyıram, böyük bir idarəyə başçılıq edir. Bir dəfə “Qız qalası” restoranında oriental rəqs edən qızların göbəyinə dalbadal 5-6 yüzlük dollar dürtmüşdü.
Ermənilərin “Noyev kovçeq” (“Nuh gəmis”i) qəzeti 110 min tirajla çıxıb, əksər ictimai yerlərdə pulsuz paylandığı halda qədərincə azərbaycanlının və azərbaycanlı milyonçunun yaşadığı bir şəhərdə düz-əməlli bir qəzet buraxa bilmirik. Ya da istəmirik.
Ağrılıdır, eləmi? Qədərincə…
***
Yadıma nə düşdü? 4 günlük müharibə zamanı və ondan sonra ermənilərin şüvən qoparması. Moskvanın əksər mətbuat mərkəzlərini zəbt etmişdilər. Yalan-palan, hədyan… Azərbaycanın ünvanına nələr demirdilər? Və bu dəmdə, bu vurhavurda Azərbaycan KİV-nin birində çoooox önəmli xəbər bomba kimi düşür: “Moskvadakı Azərbaycan İcması Evində Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə “Söz buketi, nəğmə çələngi” başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə Moskvada yaşayan şairlər – Sultan Mərzili, Əliş Əvəz, Yavər Həsən, Mirabbas Ağdabanlı, Səidə Rəhimli, Yaşar Süleymanlı müxtəlif mövzularda, ən başlıcası isə vətənpərvərlik mövzusunda öz yazdıqları şeirləri səsləndirdilər”.
Şeir, poeziya yaxşı şeydir. Amma məşhur kinoda deyildiyi kimi, “şeir vaxtı deyil, afət!” Bu adamlar bu dövrdə bir-birinə şeir deyib qulaq asmağı kənara qoyub, ən azı bircə saatlıq da olsa bir mətbuat mərkəzi kirayləməliydilər, heç olmasa. Bir saatlıq da olsa. Çox yox, bircə rus jurnalistlinə Qarabağda nələrin baş verdiyini anlatsaydılar, qədərincə xeyirli idi. Yenə qədərincə?
Hələ Oleq Kuznetsovu demirəm. Bu zavalı – vallah yaxşı mənada – “İstoriya transnatsionalnoqo armyanskoqo terrorizma v XX stoletii” (“20-ci əsrdə transmilli erməni terrorunun tarixi”) adlı kitab yazıb. Az qala 3 aydır ki,  azərbaycanlılara müraciət edir, bankda hesab nömrəsini qoyub yalvarır ki, nə olar, bu kitabın çapına kömək edin.
Kuznetsov ona yardım edənlərin siyahısını da açıqlayır hər dəfə. Unutmuşam, neçə nəfər idi, amma bir neçə günədək o siyahıya bilirsinizmi neçə diaspora sədri, tanınmışı kömək etmişdi? İnanmazsız, heç bircə nəfər də! Kömək eləyənlər isə elə-belə, sıravi adamlar idi. Kuznetsov da bizimkilərdən səs çıxmadığından kampaniyasını bitirib…
Qədərincə faciəli məqamdı…
***
Amma bütün bunlara rəğmən, Moskvada bir neçə gənc var. Azərbaycanı hər məqamda təbliğ edən gənclər. Əllərindəki məhdud imkanlarla elə işlər görürlər ki…
Növbəti yazı onlardan olacaq, o gənclərdən…
 
Səbuhi Məmmədli,
Moskva 
Previous Post

Qədərincə azərbaycanlı, qədərincə təşkilat, amma…- MOSKVA QEYDLƏRİ

Next Post

Sarkisyanın `800 hektar` etirafı Ermənistan internetini `partlatdı`

Bənzər yazılar

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51

Dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, siyasi partiyaların fəaliyyətində iştirakı və xarici səfərləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Elchi.az...

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25

Bəzən bir telefon zəngi adamı illər əvvələ aparır. Sanki telefonun o biri başından gələn səs bir xəbər gətirmir, keçmişdən bir...

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

25 Sentyabr 2026 - 11:56

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir. Müdafiə Nazirliyindən Elchi.az-a verilən xəbərə görə,...

Kolumbiya İranla diplomatik əlaqələri kəsir

25 Sentyabr 2026 - 10:16

Kolumbiya hökuməti İranla diplomatik əlaqələrin rəsmən dayandırıldığını elan edib. Elchi.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi İranla əlaqələrin kəsilməsi...

Next Post

Sarkisyanın `800 hektar` etirafı Ermənistan internetini `partlatdı`

Sarkisyanın `800 hektar` etirafı Ermənistan internetini `partlatdı`

Son xəbərlər

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25 Sentyabr 2026 - 17:13
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

25 Sentyabr 2026 - 17:12
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb

25 Sentyabr 2026 - 17:07
FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

25 Sentyabr 2026 - 17:00
İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

İraqın Ən-Nəcəf hava limanı İrana bütün reysləri dayandırıb

25 Sentyabr 2026 - 16:50
“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə saziş COP31-də imzalanacaq

“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə saziş COP31-də imzalanacaq

25 Sentyabr 2026 - 16:44
Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

25 Sentyabr 2026 - 16:38
“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

25 Sentyabr 2026 - 16:25
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

25 Sentyabr 2026 - 16:17
Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

25 Sentyabr 2026 - 16:10
Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

25 Sentyabr 2026 - 16:03
Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08
Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

25 Sentyabr 2026 - 15:00
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

25 Sentyabr 2026 - 14:52
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.