“Qərb suverenlik məsələsində ölkəmizi dəstəkləyir” – POLİTOLOQ

121

“Unutmaq olmaz ki, Qərb Qarabağ məsələsini gündəmə gətirmir. Bunun bizim daxili məsələmiz olduğunu qəbul edir. Lakin uzlaşmayan maraqlarımız sərhəd və kommunikasiya ilə bağlıdır. Bu sözləri Elchi.az-açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O, həmçinin əlavə edib:
“Bu istiqamətlərdə isə ilk növbədə sərhəd müəyyənləşməsinin icrasl labüddür ki, delimitasiyanın Rusiya platformasında həll olunacağını ehtimal etmək olar. Bu, Qərbdə həll olunsa belə Moskva prosesi pozacaq. Biz isə rus sülhməramlıları ərazimizdə olduğu haıda bu cür fundamental məsələnin həllinə Brüsseldə nail ola bilməyəcəyik və olsaq belə, bu təhlükəli olacaq”.

Politoloqun sözlərinə görə Delimitasiyanın Rysiya ilə razılaşdırılması ehtimalolunandır:

“Əlbəttə ki, şimal qonşumuzun maraqları bizlə toqquşur ancaq bundan öncə Laçın yolu üzərində NBM quraşdırılarkən də toqquşurdu, amma uzlaşmaya məcbur edə bildik. Bütün bunlar kontekstində düşünmək olar ki, problemlərin həlli diplomatiyanın daha da gücləndirilməsindən və Moskvanı maraq uzlaşmasına vadar etməkdən keçir”.

Havar Şəfiyeva