ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanı ziyarət etdikdən və İrəvana hər cür dəstək verəcəyini bildirdikdən sonra ilk addım kimi Gümrüdəki Rusiya hərbi bazasının dağıdılmasını gözləmək olar.
Elchi.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Qalust Qriqoryan bidirib.
“Dünyanın fövqəldövləti Cənubi Qafqaza qayıdır və bununla – Türkiyə, Azərbaycan və Rusiya hesablaşmalı olacaq. Birləşmiş Ştatlar Rusiya Federasiyasının təcavüzü ilə mübarizədə Ukraynaya güclü dəstəyi ilə tanınır. İndi Pelosi bizə köməyə gəlib. Pelosinin gəlişinə Rusiya Prezidenti Vladimir Putinin şəkilləri, biabırçı “Əbədi Rusiya ilə” plakatları İrəvan küçələrindən çıxarıldı. Rusiyanın bütün bayraqları Ermənistan paytaxtının küçələrindən endirildi. Bu o deməkdir ki, Ermənistanının Rusiya diktaturası ilə heç bir əlaqəsi ola bilməz.
Ermənistan Cənubi Qafqazın Ukraynasıdır. Biz də ABŞ tərəfindən Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını gözləyirik. Biz də Rusiyanı düşmən bilirik! Biz ABŞ tərəfindən maliyyə və hərbi yardımın ayrılmasını gözləyirik”, – deyə erməni ekspert qeyd edib.
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır
“Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...





















Son şərhlər