Putinin optimist neft proqnozu

🗓 29.11.2014 17:46 ✍️ "Elçi" qəzeti
Putinin optimist  neft proqnozu

Rusiya dövlət başçısı Vladimir Putin, neft qiymətləriylə bağlı optimist danışıb. img1691109

ANS PRESS-in məlumatına görə, Fransız neft şirkəti Totalın icraçı direktoru Patrik Poyannla görüşdən sonra danışan Putin neft qiymətlərinin 2015-ci ilin ilk rübündə tarazlanacağını deyib.
"Gələn ilin ilk rübündə ya da ortasında, neft bazarının tarazlıq tapacağına çox əminəm", – deyə Putin OPEC-in son toplantısını əsas götürüb.
Qeyd edək ki, OPEC ölkələri Vyanada keçirilən iclasda neft qiymətinin düşməsinə qarşı gözlənilən hasilat kvotasının azalması qərarını verməyiblər.
 

Bənzər yazılar