"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Putinin müşaviri Ermənistanı hədələdi – “Bu, Rusiyaya qarşı həddi aşmaqdır…”

01 İyun 2016 - 09:18
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Putinin müşaviri Ermənistanı hədələdi – “Bu, Rusiyaya qarşı həddi aşmaqdır...”

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Kreml İrəvanı müttəfiqlər siyahısından çıxara bilər – şok gəlişmə; Erməni hərbi cinayətkara İrəvanda abidə ucaldılması Moskvada qəzəb doğurdu – aprel məğlubiyyətinə görə işğalçı ölkənin öz müttəfiqindən qisas almaq istəyi bumeranq effekti doğurdu; rusiyalı tanınmış ekspertlər od püskürdü, müttəfiqlik münasibətlərini pozmaq, Ermənistana nota vermək çağırışları səsləndi…

Rusiya ilə Ermənistan arasında siyasi qalmaqal yetişir. Qalmaqala səbəb isə bugünlərdə İrəvanın mərkəzində ermənilərin 2-ci Dünya müharibəsinin qəhrəmanı hesab elədikləri general Qaregin Njdeyə abidə ucaldılmasıdır. Məsələ də ondadır ki, Moskva müharibə zamanı SS-in erməni legionuna rəhbərlik eləmiş bu şəxsi hərbi cinayətkar hesab edir.  
“Belə bir abidənin açılması Moskvanın diplomatik kanallarla təcili reaksiyasına səbəb olmalıdır”. Bu barədə Rusiya prezidenti Vladimir Putinin etibarlı şəxslərindən biri, prezident yanında İctimai Palatanın üzvü, politoloq Sergey Markov “Vestnik kavkaza” nəşrinə açıqlamasında deyib.
 
Putinin müşaviri bu faktı “dəhşətli” adlandırıb: “Belə bir abidənin açılması sübut edir ki, erməni cəmiyyətində Rusiya əleyhinə köklənmiş güclü qüvvələr var. Axı Rusiya alman nasizminə qalib gələn əsas ölkədir. İrəvanın belə bir davranışı bütün məqbul formatları aşmaqdır və Rusiyanın qətiyyətli reaksiyasına səbəb olmalıdır” – o deyib.
Politoloqun sözlərinə görə, postsovet ölkələrinin milli siyasəti ortaq tarixin üstündən xətt çəkməməlidir. “Alman nasizmi ilə əməkdaşlıq eləmək, demək, həm də onun dəhşətli cinayətlərində, o cümlədən rus xalqının soyqırımında iştirak eləmək istənilən xidmətin üstündən xətt çəkməlidir. Moskva İrəvandan nasist cinayətkarların qəhrəmanlaşdırılması siyasətini dayandırmağı tələb eləməlidir. Və bu tələb həmişə Rusiya-Ermənistan danışıqları stolu üstündə olmalıdır” – politoloq vurğulayıb.
*    *    *
 
 
Rusiyalı tanınmış tarixçi alim və siyasi analitik Oleq Kuznetsov da fakta sərt münasibət bildirib. Öncə o, Qaregin Njde və onun silahdaşlı Andranikin – “General Dro”nun “xidmətlərini” xatırladıb: “Bu iki personaj erməni legionlarının yaradılmasında aktiv iştirak edib. Həmin legionlar öncə Vermaxtın (faşist ordusu-red.) tərkibində olub, sonralar, 1944-cü ildə isə beynəlxalq Nrünberq Tribunalının qərarı ilə qadağan edilmiş və cinayətkar elan olunmuş ”SS” qoşunlarının tərkibinə daxil edilib. Həmin strukturlarla əlaqəsi olan bütün şəxslər avtomatik olaraq, hərbi cinayətkar sayılırlar – üstündən nə qədər müddət ötməsindən asılı olmayaraq”.
Bu xüsusda tarixçi-alim Njdeyə abidənin qoyulmasını Ermənistanda faşizmin reabilitasiyası kimi qiymətləndirir: “Bu isə beynəlxalq hüquqa tamamilə ziddir. Belə bir addım təkcə daxil üçün deyil, həm də xaric üçün anlam daşıyır. Bu onu göstərir ki, Köçəryan-Sərkisyan Qarabağ klanının siyasi rejimi erməni cəmiyyətini səfərbər eləmək üçün beynəlxalq situasiyanın istənilən gərginliyinə getməyə hazırdır. Mahiyyət etibarilə biz artıq Ermənistanın müəyyən mənada  özünütəcrid kursu götürdüyündən danışa bilərik. Hakimiyyəti qorumaqdan ötrü prezident Sərkisyan və onun ətrafı getdikcə daha çox Şimali Koreyadakı siyasi rejimə oxşamağa başlayıblar”.
Analitikin qənaətincə, rəsmi İrəvanın bu siyasəti Rusiyanı mürəkkəb vəziyyətə qoyur: “Belə çıxır, Rusiya faşist cinayətkarlarına münasibətdə beynəlxalq normaları açıq şəkildə qulaqardı edən bir ölkə ilə müttəfiqdir. Bu mənada Rusiyanın siyasi rəhbərliyi qarşısında asan olmayan seçim dayanır. Fikrimcə, bu addım Rusiya-Ermənistan əlaqələrinin sonrakı stabil durumuna kömək eləməyəcək və Moskva İrəvana münasibətdə tonu dəyişməli olacaq. Ən azından etiraz notası verilməli və orada qısa müddətdə abidənin sökülməsi tələbi qoyulmalıdır. Tam mümkündür ki, Rusiya Ermənistanla əlaqələrin formatını dəyişsin, bu əlaqələri aşağı səviyyəyə endirsin və ya İrəvanı müttəfiqlər siyahısından çıxarsın”.
Öz növbəsində Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov hesab edir ki, Ermənistan belə addımlarla Rusiyadan və onun rəsmi tarixindən məqsədli şəkildə məsafə saxlamaq niyyətindədir. “Görünür, İrəvana Qarabağ zonasındakı son döyüş əməliyyatları zamanı Rusiyanın tutduğu mövqedən öz narazılığını hansısa formada göstərmək lazım imiş. Hazırda erməni cəmiyyətində Moskvaya münasibətdə bildiyim qədər, çox güclü bir qıcıq var. Bu qıcıq isə ədalətsiz və əsassızdır, nədən ki, Rusiya ciddi diplomatik səylər göstərdi ki, hərbi konflikt genişlənməsin və Qarabağ münaqişəsinin hərbi yolla həlli qaçılmaz olmasın. Status-kvonun saxlanması, hər halda, erməni tərəfinə sərfdir, nəinki Azərbaycana. Azərbaycana Rusiya silahlarının satılmasının praktik cəhətdən heç bir önəmi yoxdur, çünki bu silahlar başqa ölkələrdən də alına bilər. Ona görə də burada inciklik var, nəinki sağlam siyasi məntiq. Yekun etibarilə də ortada Rusiya-Ermənistan əlaqələri üçün çox neqativ bir fon yaranıb” – ekspert qeyd edib.
Onun sözlərinə görə, müttəfiq ölkədə hərbi cinayətkara abidə ucaldılması – Rusiyaya daha bir dərs olmalıdır.“Moskva postsovet məkanında müttəfiqlik məsələsinə maksimum praqmatik yanaşmalı, eyni zamanda illüziya ilə yaşamamalıdır. Son vaxtlar Ermənistandan gələn həyəcanlı siqnallar kifayət edir ki, bu ölkə ilə strateji tərəfdaşlığın xarakteri ilə bağlı müəyyən nəticələrə gələsən” – sonda politoloq fikrini tamamlayıb.
***
Əslində rusiyalı politoloqların şərhlərində qırmızı xətt kimi keçən fikir budur ki, xüsusən də apreldəki ağır məğlubiyyətindən sonra Moskvadan incik düşən Ermənistan özünə Qərb, NATO timsalında yeni ağa axtarışına çıxıb və əlverişli məqam yetişən kimi Rusiyanı yeni sahibinə dəyişəcək. Hərgah, bunun bədəli işğalçı ölkə üçün olduqca ağır ola bilər. Hər halda Rusiyanın Ermənistanın arxasından müvəqqəti də olsa çəkilməsi yetər ki, Azərbaycan öz əraziləri qısa müddətdə işğaldan azad eləsin.
Yəqin ki, məsələ Rusiya prezidenti Vladimir Putinlə onun erməni həmkarı Serj Sərkisyan arasında dünən Astanada keçirilmiş görüş zamanı da diqqətdə olub. Görəsən, forpost və vassal Ermənistanın öz gerçək sahibinə qarşı belə demarşı nə qədər çəkəcək, abidə tezliklə uçurulacaqmı?
Previous Post

Putinin müşaviri Ermənistanı hədələdi – “Bu, Rusiyaya qarşı həddi aşmaqdır…”

Next Post

`Azərbaycan bizim mövqeləri bir saata tutdu` – Samvel Babayan

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post

`Azərbaycan bizim mövqeləri bir saata tutdu` - Samvel Babayan

`Azərbaycan bizim mövqeləri bir saata tutdu` - Samvel Babayan

Son xəbərlər

Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.