Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, konsepsiyada yeni elementlər və tapşırıqlar nəzərə alınıb
Elchi.az xəbər verir ki, Rusiyanın xarici siyasətinin yenilənmiş konsepsiyası prezident Vladimir Putin tərəfindən nəzərdən keçirilir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“İndi prezident Rusiya Federasiyasının xarici siyasətinin yenilənmiş konsepsiyasını nəzərdən keçirir”, – Lavrov “Vahid Rusiya” Partiyasının Baş Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclasında deyib.
Nazir vurğulayıb ki, burada bütün yeni elementlər və tapşırıqlar nəzərə alınıb.
2023-cü il yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya hərbçiləri Qərbin Ukrayna ilə bağlı planlarının baş tutmaması və reallaşmaması üçün bütün lazımi tədbirləri görür.
O vurğulayıb ki, biz Qərbdə Ukraynanın daha ciddi silahlarla daha da gücləndirilməsi ilə bağlı müzakirələrin necə aparıldığını izləyirik.
XİN rəhbəri izah edib ki, biz bütün bunları görürük və nəinki müşahidə edirik, həm də Ukraynanı təhlükəsizliyimiz üçün daha kəskin təhlükəyə çevirmək cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirləri görürük.
Şayəstə