Rusiya prezidenti Vladimir Putin Ukraynada sülh əldə olunarsa, xarici hərbçilərə ehtiyac olmayacağını bildirərək, “Biz güman edirik ki, orada yerləşdirilən hər hansı hərbçi, xüsusən də indi hərbi münaqişələr zamanı qanuni hədəflər olacaq”.
Elchi.az xəbər verir ki, Putin bunu Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun əsas sessiyasında deyib.
Putin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olmadığını vurğulayaraq, buna legitim variant kimi baxır. O, Rusiyanın təhlükəsizliyi baxımından NATO üzvlüyünə qarşı olduqlarını vurğulayıb.
Putin Ukrayna tərəfi ilə görüşməyə hazır olduğunu bir daha bəyan edərək, “Moskva danışıqlar üçün ən yaxşı yerdir. Biz onların təhlükəsizliyinə 100 faiz zəmanət veririk. Əgər bizi danışıqlar üçün başqa yerə dəvət etsələr, bu tələbləri həddindən artıq hesab edirik” deyib.
Ukraynanın son vaxtlara qədər Rusiya ilə əlaqəni rədd etdiyini qeyd edən Putin, indi də təmas üçün müraciətlər etdiyini bildirib.
Şayəstə Hüseynova






















Son şərhlər