Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin sabah Şimali Qafqaz Federal Dairəsinə işgüzar səfər edəcək.
Elchi.az Rusiya mediasına istinadən bildirir ki, Putin “Müəllim və mentor ili”nin açılış mərasimində iştirak etmək üçün “Maşuk” Bilik Mərkəzinə baş çəkəcək.
“Prezident Çeçenistan Respublikasında, Suriyada döyüş tapşırığını yerinə yetirərkən və Ukraynada xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyasının Qəhrəmanı adı almış şagirdləri yetişdirmiş müəllimlərə dövlət mükafatlarını təqdim edəcək, “Müəllimlər Məktəbi”nin iştirakçıları ilə görüşəcək”, – deyə Kremlin mətbuat xidmətindən bildirilib.
Putinin səfəri çərçivəsində Stavropol qubernatoru Vladimir Vladimirov ilə də işgüzar görüş nəzərdə tutulur.
Yeganə