Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Putin, Paşinyan və Əliyevin iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.
Kremlin yaydığı məlumatda qeyd olunur: “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli sazişin müddəalarının həyata keçirilməsi, o cümlədən Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların müzakirəsi planlaşdırılacaq. Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq”.
Yeganə