Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiyaya qarşı demək olar ki, bütün vasitələrdən istifadə etdiyini söyləyib.
Elchi.az bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
“Rusiya üzərinə düşən vəzifələri yerinə yetirəcək. Bizim vəzifəmiz hərbi gücümüzü inkişaf etdirməkdir. Rusiya hərbi potensialını artıracaq”-deyə Putin qeyd edib.
Bununla belə, Rusiya Prezidenti ölkəsinin Suriyada qazandığı təcrübədən danışıb:
“Bu hərbi təcrübədən istifadə edilməlidir. Nüvə qüvvələrinin müharibəyə hazırlığını təkmilləşdirməyə davam edəcəyik. Bütün planlar yerinə yetiriləcək”.
Yeganə