Putin milyarderlərdən imdad dilədi - (Fotolar)

🗓 20.12.2014 11:55 ✍️ "Elçi" qəzeti
Putin milyarderlərdən imdad dilədi - (Fotolar)

Rusiya prezidenti Vladimir Putinin ölkədəki iş adamları ilə görüşüimg1706959 keçirilib. ANS PRESS-in məlumatına görə, görüş Kremldə baş tutub.

İki saata yaxın davam edən görüşdə 41 iri şirkətin nümayəndəsi iştirak edib. Onların arasında Roman Abramoviç, "Lukoyl"ın prezidenti Vahid Ələkbərov kimi iş adamları da olub. Danışıqlarda ölkədəki iqtisadi vəziyyət müzakirə edilib. Əsas müzakirə mövzusu kapitalın amnistiyası və iqtisadiyyatının divesifikasiyası məsələləri, maliyyə böhranından çıxış yolları olub. Söhbət zamanı Putin dövlətin iş adamları ilə sıx əlaqədə olacağını deyib. Görüş haqqında daha ətraflı məlumat yayılmayıb. Biznesmenlər də hələlik heç bir şərh verməyiblər. Ancaq onların gecə saatlarında saraı tərk etdiyi qeyd edilib.

Bənzər yazılar