Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidməti Rəhbərləri Şurasının iclasında çıxışı zamanı bildirib ki, Ukrayna “qara bazarı”ndan müasir silahların terrorçuların əlinə keçməsi riski yüksəkdir.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Putin Ukraynada aktiv silah bazarının yeni problemlər yaratdığını qeyd edib.
Rusiya liderinin sözlərinə görə, transsərhəd cinayətkar birlikləri yüksək dəqiqliyə malik müasir silahların qaçaqmalçılığı ilə məşğuldurlar:
“Söhbət təkcə atıcı silahlardan getmir, daha güclü silahların, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, yüksək dəqiqlikli silahların cinayətkarların əlinə keçməsi riskləri hələ də var”.
Bundan əlavə, Vladimir Putin dinləyicilərin diqqətini hər bir MDB ölkəsində vəziyyətin sabitliyini pozmağa yönəlmiş Qərb kəşfiyyat orqanlarının işinin gücləndirilməsinə yönəldib: “Onların dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısını almaq lazımdır. Terrorizmə qarşı koordinasiyalı sistemli mübarizənin davam etdirilməsi vacibdir. Bir sıra geosiyasi oyunçular birbaşa təxribatdan çəkinmir. Məsələn, “Şimal axını” qaz kəmərinin partladılması, Krım körpüsündəki təxribatları xüsusi vurğulamaq lazımdır”.
Şayəstə